970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib

Bakı altı ölkənin idman rəqqaslarını bir araya gətirib. “Sea Breeze”də altı ölkənin idmançıları yarışıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Noyabrın 15-də “Bakı – Dünya İdman Paytaxtı 2026” tədbirləri çərçivəsində “Sea Breeze” ərazisində yerləşən “The Grand Hall”da “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, iştirakçı ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri və fəxri qonaqlar iştirak ediblər.

Nazir Fərid Qayıbov və federasiya prezidenti Əli Həşimli tədbirdə çıxış edərək idman rəqslərinin inkişafının, beynəlxalq əməkdaşlığın və Türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan idmançılar samba, ça-ça-ça, rumba, paso doble və cayv rəqsləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın qaliblərinə mükafatları Azərbaycanın tanınmış idmançıları, üçqat dünya, dördqat Avropa çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev, güləş üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Taleh Məmmədov və Federasiyanın vitse-prezidenti Rəsul Cunayev təqdim ediblər.

 Tədbir iştirakçıların maraqlı çıxışları və yüksək rəqabət şəraitində yadda qalıb.

Türk dünyası 2026 beynəlxalq idman rəqsləri müsabiqəsi Bakıda rəqs yarışı Bakı Dünya İdman Paytaxtı 2026 Azərbaycan İdman Rəqsləri Federasiyası Sea Breeze The Grand Hall Fərid Qayıbov Əli Həşimli Hacı Əliyev samba ça-ça-ça rumba paso doble cayv
19.11.2026 17:02
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19