"Altı mağaza və üstü mənzil dövrü sona çatacaq"
Türkiyədə zəlzələ nəticəsində dağılmış şəhərlərin yenidən inşasına başlanacaq.
Marja.az-ın məlumatına görə, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, tikiləcək binaların birinci mərtəbəsində obyektlər nəzərdə tutuilmayacaq.
"Altı mağaza və üstü mənzil dövrü sona çatacaq",- nazir deyib.
Murat Kurum əlavə edib ki, birmərtəbəli mağazaların tikilməsi planlaşdırırılır.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri qeyd edib ki, zəlzələnin zərər vurduğu Türkiyənin 11 vilayətində 927 min binanın ekspertizası başa çatıb. Onun sözlərinə görə, dağılmış, təcili sökülməli və ağır zədələnmiş binaların sayı 118 mindir. 16 min bina dərhal sökülməlidir.
"Prezidentimizin rəhbərliyi ilə 11 vilayətdə Cümhuriyyət tarixinin ən böyük fəlakətli mənzil tikintisi səfərbərliyini həyata keçirəcəyik və vətəndaşlarımıza təhlükəsiz evlərin açarlarını verəcəyik. Martın əvvəlində 30 min evin tikintisinə başlayacağımızı bildirmişik. İnşallah bu rəqəmi daha da artıracağıq. Binalar 3-4 mərtəbəni keçməyəcək", - Murat Kurum deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
12 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
12 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
13 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
14 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
14 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır
























