Dövlət Xidməti “SOCAR Petroleum”un alıcıları benzin, dizel və maye qaz satışında aldadıb-aldatmadığını yoxlayır
“SOCAR Petroleum” QSC-də nəzarət tədbirlərinin nəticələri“SOCAR Petroleum” QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması məqsədilə Bakı, Sumqayıt və Abşeron ərazilərində yanacağın və maye qazın satışını həyata keçirən “SOCAR Petroleum” QSC-yə məxsus 32 yanacaqdoldurma məntəqəsində, habelə neft bazalarında monitorinqlər aparıb.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir.
Qeyd edilib ki, Dövlət Xidməti tərəfindən qeyd olunan YDM-lər və neft bazalarında istifadə olunan 1992 sayda ölçmə vasitəsi (yanacaq paylayıcı kolonka, yanacaq çəni, ölçü qabı və s.) müəyyən edilib. Hazırda həmin ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Vurğulanıb ki, qanunvericiliyin tələblərinə əsasən yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçmə vasitələri, habelə maye qazdoldurma məntəqələrində avtonəqliyyat vasitələrinə qaz doldurulmasında tətbiq edilən qaz həcmi və kütləsinin ölçmə vasitələrinin yoxlamaya təqdim edilmədən istifadəsi qadağandır. Təsərrüfat subyektləri tərəfindən yoxlamaya təqdim edilməmiş ölçü cihaz və avadanlıqlarından istifadə inzibati məsuliyyətə səbəb ola bilər. Ümumilikdə qeyd edilən inzibati məsuliyyət və qadağalar ölkə ərazisində yanacağın, eləcə də maye qazın satışını həyata keçirən bütün yanacaqdoldurma məntəqələrinə şamil edilir.
İstehlakçılar yanacaqdoldurma və maye qazdoldurma məntəqələrində istifadə olunan ölçü cihaz və avadanlıqların üzərinə vurulmuş yoxlama nişanı və eləcə də, yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər.
Yanacaq və maye qazın satışını həyata keçirən YDM-lərdə yoxlamadan keçməmiş ölçü cihaz və avadanlıqları ilə qarşılaşdıqları təqdirdə, istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 12 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
3 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Ən çox oxunanlar
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq























