850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib
Surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır, surətinin köçürüldüyü aşkarlanan IMEI koduna “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır.
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.
Bununla bağlı “AzInTelecom” MMC-nin mütəxəssisləri mütəmadi monitorinq apararaq surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Nəticədə, surətinin köçürüldüyü aşkarlanan IMEI koduna “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edir.
Bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində bu günədək 1230 IMEI koduna “klon” statusu verilib. Həmin IMEI kodları son üç ayda 855 722 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodları ilə 120 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.
Surətinin köçürülməsi şübhəsi olan 79 IMEI kodu ilə bağlı vətəndaşlardan poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 21 müraciət nömrə dəyişilməsi ilə bağlı olduğu üçün analitik qrupun müsbət rəyi ilə sistemdə təsdiq olunub, 56 müraciət əsassız olduğu üçün etiraz cavabı verilib, 2 müraciət üzrə araşdırma davam etdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxsin şəxsi istehlakı üçün ölkəyə gətirdiyi mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunu ödəməsi nəzərdə tutulur.
Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır.
Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.
Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.
Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb. Surəti köçürülüb, yalnız müəyyən nömrələrlə istifadəsinə icazə verilib” mesajı görünəcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün “Azərpoçt” MMC-nin şöbələrinə müraciət etmələri tövsiyə olunur.
Müştərilərin xəbərləri

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir
-
8 saat əvvəl
BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
- 8 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 8 saat əvvəl
-
13 saat əvvəl
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq e-qaydada aparılır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün çempionat yekunlaşdı
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
Son Xəbərlər

Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir

BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

“Cahan Holdinq”in prezidentinə mükafat təqdim edilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AzerGold”da növbəti iclas

Mərkəzi Bank iri banka icrası məcburi sərəncam verib
Ən çox oxunanlar

Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub

Naxçıvanda müasir Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
.jpg)
“Azərsun Holdinq” mükafata layiq görüldü

Azərbaycan Çindən 26 milyon dollara 7 lokomotiv alır

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi

16 avtobus marşrutu bu şirkətlərə və sahibkarlara verildi
