Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb

Müharibənin kənd təsərrüfatına zərbəsi: Gübrənin tonu 802,5 dollara çatdı
iç səhifə xəbər başlığı altı (mobil)_31
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazında təchizat problemləri qlobal gübrə bazarında təkliflə bağlı narahatlıqları artırıb.

Marja xəbər verir ki, qarğıdalı və soya kimi əsas kənd təsərrüfatı məhsullarının məhsuldarlığında mühüm rol oynayan diammonium fosfat (DAP) gübrəsinin bir tonunun qiyməti ilin ilk 9 ayında 28,4% artaraq 802,5 dollara çatıb. 

2025-ci ilin sonunda DAP gübrəsinin bir tonunun qiyməti 625 dollar təşkil edirdi. Beləliklə, 9 ay ərzində qiymət artımı ton başına 177,5 dollar olub.

Eyni dövrdə qarğıdalının qiyməti 13,3%, soyanın qiyməti isə 22,6% yüksəlib. 

Yaxın Şərqdə ABŞ və İsrailin İrana hücumları və İranın cavab tədbirlərindən sonra kəskinləşən geosiyasi gərginlik dünyanın ən mühüm enerji və ticarət keçidlərindən biri olan Hörmüz boğazında daşımaları ciddi şəkildə məhdudlaşdırıb. Mənbələrin məlumatına görə, qlobal gübrə ticarətinin təxminən üçdə biri normal şəraitdə bu marşrutdan keçir. 

Mövcud vəziyyət gübrə istehsalının əsas xammal və enerji komponentlərindən olan təbii qaz və ammonyakın qiymətlərinə də təzyiq göstərir. Neft qiymətlərinin yüksəlməsi isə kənd təsərrüfatında istifadə edilən dizel yanacağının maya dəyərini artırır.

Gübrə istehsalının yüksək enerji tutumlu proses olması səbəbindən enerji bazarındakı bahalaşma gübrənin maya dəyərinə birbaşa təsir edir. Qiymətlərin yüksəlməsi fermerlərin istifadə etdikləri gübrə həcmini azaltması riskini artırır ki, bu da hektar üzrə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər.

Dünya Bankının 2026-cı ilin aprelində açıqladığı proqnozda da Yaxın Şərqdəki müharibənin enerji və gübrə bazarlarına ciddi təzyiq göstərdiyi, ümumi əmtəə qiymətlərinin 2026-cı ildə 16% artmasının gözlənildiyi bildirilmişdi. 

İş elanları AzVak.az-da

Hörmüz boğazı gübrə qiymətləri DAP diammonium fosfat kənd təsərrüfatı qarğıdalı soya gübrə bazarı Yaxın Şərq İran enerji qiymətləri təbii qaz ammonyak ərzaq qiymətləri aqrar sektor.
01.10.2026 18:23
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
SOCAR yeni şirkət yaradıb
SOCAR yeni şirkət yaradıb
01.10.2026 17:00
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19