Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
ABŞ Dövlət katibi Marko Rubionun Vaşinqtonla Tehran arasında danışıqların dalana dirənməsindən sonra İranın xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu nümayəndə heyətindən ölkəni dərhal tərk etməsini tələb etdiyi bildirilir.
Marja.az xəbər verir ki, Axios ABŞ rəsmisinə və məsələdən məlumatlı digər mənbəyə istinadən məlumat yayıb. Associated Press də iki ABŞ rəsmisinə istinadən İran nümayəndə heyətinə Nyu-Yorku əvvəlcədən planlaşdırılandan daha tez tərk etmək göstərişi verildiyini bildirib.
Danışıqlar dalana dirənib
Axios-un məlumatına görə, Ağ Ev sentyabrın 28-i səhər saatlarında İranla aparılan danışıqlarda gün ərzində irəliləyiş əldə edilə biləcəyini düşünürdü. Lakin günün ikinci yarısında danışıqların dalana dirəndiyi qənaətinə gəlinib.
Bundan sonra bazar ertəsi axşamı ABŞ-ın BMT-dəki missiyası Rubionun göstərişi ilə İranın BMT-dəki nümayəndəliyinə Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməli olduğunu bildirib.
Axios yazır ki, İran nümayəndə heyəti bundan bir neçə saat sonra hava limanına gedib və çərşənbə axşamı gecə Nyu-Yorkdan Qətərin paytaxtı Dohaya uçub. Mənbələrdən biri eyni zamanda Əraqçinin həmin gecə onsuz da Tehrana qayıtmasının planlaşdırıldığını bildirib.
Danışıqlarda Hürmüz və nüvə məsələsi müzakirə olunub
AP-nin məlumatına görə, Əraqçinin əvvəlcə sentyabrın 30-dək Nyu-Yorkda qalması nəzərdə tutulurdu. Bu müddətdə Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında Hürmüz boğazının yenidən açılması, regional qarşıdurmalar və İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar aparılırdı.
Qətər vasitəçilərinin iştirakı ilə keçirilən görüşlərdə məhdud irəliləyiş əldə olunduğu, lakin tərəflərin əsas məsələlər üzrə razılığa gələ bilmədiyi bildirilir. ABŞ və İran arasında Hürmüz boğazı və iqtisadi məhdudiyyətlərlə bağlı mərhələli razılaşma imkanları son günlər danışıqların əsas mövzularından biri olub.
İran iddianı təkzib edir
İranın BMT-dəki Daimi Nümayəndəliyi isə nümayəndə heyətinin ABŞ tərəfindən Nyu-Yorkdan çıxmağa məcbur edilməsi barədə məlumatı təkzib edib.
İran tərəfinin açıqlamasına görə, nümayəndə heyətinin səfər proqramı əvvəlcədən müəyyənləşdirilib və onun bazar ertəsi axşamı ABŞ-dan ayrılacağı barədə sentyabrın 17-də ABŞ Dövlət Departamentinə məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
6 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
6 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
7 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
8 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
8 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























