Putin neftə olan endirimin Rusiya büdcəsinə problem yaratmamasını tələb edib
Rusiya prezidenti Vladimir Putin çərşənbə günü hökumətlə görüşdə tələb edib ki, Rusiya neftinə endirim federal büdcə üçün çətinlik yaratmamalıdır.
"Biz bu endirimə baxmalıyıq ki, büdcədə problem yaratmasın. Müzakirə edin, sonra təkliflərinizi ayrıca mənə bildirin", - dövlət başçısı baş nazirin müavini Aleksandr Novakın hesabatını dinlədikdən sonra deyib.
Rusiya Federasiyasının baş nazirinin müavini Aleksandr Novak deyib ki, yanvarda Rusiya neftinə endirim müvəqqəti xarakter daşıyacaq və gələcəkdə endirim azalacaq.
"Ümid edirəm ki, bu vəziyyət müvəqqəti olacaq. Endirim zaman keçdikcə azalmalıdır, biz 2022-ci ildə müşahidə etdiyimiz kimi, mart-aprel aylarında endirimin güclü şəkildə artdığını, sonra isə tədricən enməyə başladığını müşahidə etdik", - Novak bildirib.
Novak qeyd edib ki, Rusiya Federasiyası neftin yeni bazarlara tədarükünü təmin etmək üçün hər cür səy göstərəcək:
"İndi əsas risk, fikrimcə, endirimdir. İkincisi, neft məhsullarının tədarükünə embarqo və tətbiq olunan qiymət tavanıdır. Biz cavab verəcəyik. Həmçinin yeni bazarlara tədarükün təmin edilməsi üçün bütün lazımi tədbirləri görəcəyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
13 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
13 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
14 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
14 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
15 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























