Saxo Bank 2023-cü ildə Makronun istefa verəcəyini proqnozlaşdırır
Fransa prezidenti Emmanuel Makron istefa verəcək və milyarderlər koalisiyası enerji sahəsində yeni “Manhetten layihəsi” hazırlayacaq.
Marja xəbər verir ki, belə fərziyyələr Danimarkanın Saxo Bankının çərşənbə axşamı dərc olunmuş 2023-cü il üçün qeyri-rəsmi proqnozlarında yer alıb.
Rəsmi proqnozlar olmayan “şokedici proqnozlar” mümkün gələcək hadisələri təsvir edir.
"Makron istefa verəcək"
Bankın ehtimalına görə, Emmanuel Makron 2023-cü ilin əvvəlində solçu Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) koalisiyası və sağçı Milli Ralli partiyasının güclü müqaviməti səbəbindən vəzifəsini tərk edəcək. Proqnoza görə, o, televiziya ilə çıxışında müxalifətin fikirlərini tənqid edəcək və istefa verdiyini açıqlayacaq. Bununla da Makron ümid edəcək ki, tərəfdarları, Fransanın 1958-ci ildə keçmiş Fransa prezidenti Şarl de Qoll dövründə olduğu kimi ölkə siyasi xaosa qərq olanda ondan geri qayıtmağı xahiş edəcəklər.
Enerji sahəsində "Manhetten Layihəsi"
2023-cü ildə iri texnoloji şirkətlərin sahibləri və digər milyarder texnokratlar zəruri enerji keçidini həyata keçirməyə imkan verəcək zəruri enerji infrastrukturunun inkişafında ciddi irəliləyişin təmin olunması üçün güclü hərəkətə keçəcəklər. Onlar birlikdə enerji probleminin həllinə sərmayə qoymaq üçün 1 trilyon dollardan çox vəsait toplamaq məqsədi ilə Üçüncü Daş (Third Stone) kod adlı konsorsium yaradacaqlar. Mütəxəssislər hesab edirlər ki, bu, 1945-ci ildə ilk atom bombasının hazırlandığı "Manhetten Layihəsi"ndən bəri ən böyük tədqiqat və inkişaf olacaq.
Ekspertlərin fikrincə, yaradılan fond, yeni enerji istehsalı və nəqli mənbələrinin onun ötürülməsi və saxlanması infrastrukturu ilə birləşməsinə diqqət yetirəcək. Bundan əlavə, investisiyaların böyük hissəsi süni intellektin inkişafına yönəldiləcək.
Saxo Bank hər ilin sonunda növbəti il üçün "Şok proqnozlar"ını dərc edir. Bu qeyri-rəsmi proqnozlar hadisələrin potensial kütləvi nəticələri barədə xəbərdarlıq edir. Bankın analitiklərinin 2022-ci il üçün verdiyi proqnozların bəziləri qismən özünü doğruldub. Məsələn, onlardan Amerikada yüksək inflyasiyanın baş verəcəyi barədə proqnozu qeyd etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
18 d. əvvəl
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib
-
13 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
13 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
14 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
14 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
15 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























