“Bakı Alış-Veriş Festivalı” başlayır
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə ölkəmizin paytaxtında sabahdan “Bakı Alış-Veriş Festivalı” (Baku Shopping Festival) keçiriləcək.
AFRA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “Bakı Alış-Veriş Festivalı” 6-20 noyabr tarixlərində təşkil olunur və şəhərimizin seçilən Ticarət Mərkəzlərini, eləcə də şəhər mağazalarını əhatə edəcək.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, “Bakı Alış-Veriş Festivalı”-nın keçirilməsində məqsəd, bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə dəstək verməklə yanaşı, istehlakçılar üçün brend geyimləri daha sərfəli və əlçatan etməkdən ibarətdir.
“Assosiasiya olaraq bu bizim ilk müştərək işimizdir, əgər festivalın nəticələri gözləntilərimizi doğrultsa, gələcəkdə belə tədbirlərin və festivalda təmsil olunan dünya brendlərinin sayı artırılacaq. Müşayiət olunan turizm axınına dəstək və ölkə iqtisadiyyatının inkişafına tövhə vermək “Bakı Alış-Veriş Festivalı”-nın məqsədlərindəndir”, - Fərid Novruzi deyib.
Festivalda 68 dünya geyim brendi iştirak edir. Alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və endirim kuponları təklif ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























