Rabitəbank rəhbərliyi və Qənirə Paşayeva Nardaranda qızların təhsilinin inkişafı yönündə görüş keçirib
(®) Ötən günlərdə “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Bakının Nardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət etmiş, təhsilin inkişafı yönündə məktəblilərlə görüş keçirmişdirlər.
Görüşün əsas məqsədi məktəblərdə təhsilinin inkişafına dəstək göstərmək, xüsusilə qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirici çıxış etmək və məktəblilərə 400-dən çox kitab hədiyyə etmək olmuşdur.
Məktəblilərlə çox səmimi dialoq quran Qənirə Paşayeva bildirib ki, “Qız uşaqlarının potensialına inanmalı, onları gələcəyə hazırlamalıyıq. Onlara öz qərarlarını vermə şansı, sevgi, özgüvən və doğru yolu göstərdiyimiz zaman demək ki, düzgün yoldayıq.
Bu gün dünyada yetkinlik yaşına çatmamış 600 milyon qız uşağı var və onların hər biri tarixdə bu günə qədər görülən ən böyük qadın liderlər nəslini yaradacaqlar. Bu isə yalnız bir şərtlə mümkündür; onlara düzgün yön göstərib, seçim şansı verməklə. Əziz məktəblilər, mənim sizə inamım böyükdür, gücünüzü bütün dünyaya göstərin!”
Orhan Gültekin məktəblilərlə görüşdə onlara belə müraciət edib:
“Statistikaya görə dünyada 15-19 yaş aralığında olan hər 4 qızdan 1-i işsizdir və təhsil ala bilmir. Bu gün 130 milyon qız uşağı məktəbə gedə bilmir. Pandemiya dövründən sonra isə bu hal gedərək artmağa başladı və hal-hazırda təəssüf ki, say daha çoxdur.
Məktəblilər olaraq özünüzü şanslı hiss etməlisiniz ki, sivil bir cəmiyyətdə əlçatan təhsil və dövlət tərəfindən tam dəstəyi görə bilirsiniz. Mən inanıram ki, gələcəkdə çoxunuz ali təhsil alaraq yüksək vəzifələrdə çalışacaq, səsinizi hər kəsə eşitdirə biləcəksiniz. Qız uşaqlarının daha yaxşı şərtlərdə təhsil almaları üçün Rabitəbank olaraq biz də hər zaman dəstək göstərməyə hazırıq.
Bankımızda xanımlara özəl məhsulumuz var, adı “Güc Xanımlarda”dır. Çünki biz Rabitəbank olaraq həm bank daxilində, həm də cəmiyyətdə xanımların gücünə inanır, gender bərabərliyini dəstəkləyirik. Qadınların karyera həyatında uğurlu olmaları üçün qadınlara özəl güzəştli maliyyə məhsullarımız buna gözəl nümunədir.”
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























