PMD “Rebuild Karabakh 2022” sərgisində iştirak edir
PMD tərəfindən Ağdam şəhərində 3 əhəmiyyətli layihə - Yaşayış Kompleksi layihəsi və 2 otel layihəsi icra olunur.(®) “PMD Group” MMC və onun biznes strukturuna daxil olan şirkətlər Baku Build sərgisi çərçivəsində təşkil olunan 2-ci Rebuild Karabakh sərgisində iştirak edir.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi səmərəli əməkdaşlıqların qurulması ilə yanaşı Qarabağ həqiqətlərini daha geniş kütləyə çatdırmaq imkanı da verir.
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağımızda və Şərqi Zəngəzurda müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə, kommersiya binalarının, iri həcmli yaşayış komplekslərinin tikintisinə ehtiyac yaranmışdır və bu fəaliyyətlərdə PMD də fəal iştirak etməyə çalışır.
Hal-hazırda PMD tərəfindən Ağdam şəhərində 3 əhəmiyyətli layihə - Yaşayış Kompleksi layihəsi və 2 otel layihəsi icra olunur. PMD-nin stendində sərgi iştirakçılarına qeyd olunan layihələr və daşınmaz əmlak sahəsindəki digər uğurlu fəaliyyətlərlə bağlı məlumatlar təqdim olunur. 80-dən çox iştirakçının qatıldığı sərgidə PMD-nin stendi xüsusi maraqla qarşılanır.
Sərgi çərçivəsində həm də “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilmişdir. Paneldə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiya və turizm potensialı, biznes üçün yaradılan imkanlar barədə müzakirələr aparılmış və “PMD Group” MMC-nin İdarə Heyətinin sədri Dəyanət Sədullayev mövzu ilə bağlı fikirlərini bölüşmüşdür.
Qeyd edək ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh) sərgisində PMD stendi 19-21 oktyabr tarixlərində ziyarətçilər üçün açıq olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















