"Bravo"dan yarım ildə 311 milyon manatdan çox gəlir
"Bravo" şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC şirkəti 2022-ci ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, cari ilin ilk 6 ayında "Azərbaycan Supermarket" şirkətinin cəmi gəlirləri 311 milyon 124 min manat, cəmi xərcləri 347 milyon 257 min manat təşkil edib (Cəmi xərcləri cəmi gəlirlərini 36 milyon 133 min manat üstələyib).
"Azərbaycan Supermarket" MMC təsisçilərindən 437 milyon 506 min manat maliyyə alıb.
30 İyun 2022-ci il tarixində "Azərbaycan Supermarket" şirkəti 4617 işçiyə malik olub.
Xatırladaq ki, 2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin cəmi gəlirləri 59 milyon 774 min manat və ya 11,6% artaraq 572 milyon 690 min manata çatmışdı. 2020-ci ildə “Azərbaycan Supermarket”in cəmi gəlirləri 512 milyon 916 min manat təşkil etmişdi. Ötən il “Azərbaycan Supermarket”in 572 milyon 690 min manat cəmi gəlirlərə qarşı cəmi xərcləri 637 milyon 696 min manat təşkil etdiyindən, MMC-nin xərcləri gəlirlərini 65 milyon 6 min manat üstələmişdi.
"Azərbaycan Supermarket" MMC-nin payçıları "İdeal Biznes Ko." MMC (500 pay), "Yevro Standard" MMC (500 pay) və "Fly Group" MMC (1000 pay) şirkətləridir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 saat sonra
- 35 d. əvvəl
-
1 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























