“PAŞA Bank” tərəfindən növbəti təlim sessiyaları keçiriləcək
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” gənclərin peşəkar inkişafına töhfə verməyə davam edir. Belə ki, Bank, "iOS" proqramlaşdırma istiqaməti üzrə təlim sessiyaları təşkil etməklə, bu sahədəki zəngin təcrübəsini paylaşmağı hədəfləyir.
Onlayn formatda tədris olunacaq 8 sessiyalı proqram sentyabr ayında keçiriləcək. Sessiyaların əhəmiyyətini daha da artıran cəhət burada praktiki məlumatların paylaşılması olacaq.
“PAŞA Bank”ın Rəqəmsal mühəndislik şöbəsinin əməkdaşları Kərim Kərimov, Fərid Vəliyev, Günay Alqayeva, Aynur Əsədova, Rza İsmayılov və Ziya Rüstəmov "iOS" proqramlaşdırma sahəsinin imkanları və çağırışlarından bəhs etməklə yanaşı, həm də öz təcrübələrində sınadıqları maraqlı məqamlar ətrafında da müzakirələr aparacaqlar.
Proqramda iştirak etmək istəyən şəxslər üçün tələblər ilkin proqramlaşdırma biliklərinin və "MacOS" əməliyyat sistemli kompüterin olmasıdır. Meyarlara uyğun gələn namizədlər bu keçid https://hr.gs/ios-mobile-learning-session vasitəsilə test tapşırıqlarını həll etməklə, öz qüvvələrini sınaya və biliklərini nümayiş etdirə bilərlər.
Təlimlərin rəsmi teleqram kanalına qoşulmaqla, ətraflı məlumat əldə etmək və suallara aydınlıq gətirmək mümkündür: https://t.me/pbmobilelearningsession
Xatırladaq ki, bu növ sessiyalar ötən il də təşkil olunub. 200-dən çox tələbənin qatıldığı sessiyalar “Back End”, “Java SE”, “Spring Boot” və digər mövzuları əhatə edib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























