"Şəkər tozu qiymətləri artsa da, Azərbaycanda qonşu ölkələrdən ucuzdur"
Azərbaycanda şəkər tozunun qiyməti qonşu ölkələrdəki qiymətlərdən ucuzdur.
Bazar iştirakçılarından əldə edilən məlumata görə, hazırda ölkəmizdə məhsulun tədarükündə heç bir problem yoxdur.
Hazırda Özbəkistanda şəkər tozunun hər tonu üçün qiyməti 1 100 ABŞ dolları, Qazaxıstanda 1 071 ABŞ dolları, Qırğızıstanda 1 100 ABŞ dolları, Rusiyada 870 ABŞ dolları, Gürcüstanda 720 ABŞ dolları, Türkiyədə 1 200 ABŞ dolları təşkil edir.
Bazar iştirakçıları bildirir ki, son bir ildə qlobal bazarda şəkər tozunun qiymətində ciddi artım müşahidə olunur:
“Araşdırmalar nəticəsində məlum olub ki, şəkər tozu bazarında kəskin bahalaşma qeydə alınıb. Mütəxəssislərin sözlərinə görə, qlobal bazarda şəkər tozu qiymətlərinin artımına dünyada baş verən pandemiya, xam neft qiymətlərinin yüksəlməsi, eyni zamanda Rusiya-Ukrayna arasında gedən müharibə səbəb olub.
Xam neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66 % artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı düşməsinə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar tədarükün azalmasına səbəb olub, bununla da şəkər tozuna tələbat artıb. Rusiya-Ukrayna münaqişəsi səbəbindən həm məhsulların xaricə çıxışı, həm də limanların və logistikanın fəaliyyətində problem yaranıb. Bu vəziyyət logistika xərclərinin artmasına və limanlarda uzun müddət gözləmələrə səbəb olub. Bunun məntiqi nəticəsi kimi şəkər tozu qiymətlərində nəzərə çarpacaq qədər artım qeydə alınıb”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
11 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























