Yerli şirkətlərin sərgisində "Mobil Group"un stend və xidmətlərinə böyük maraq var! - FOTOLAR

(®) İyunun 16-da “Baku Crystal Hall”da "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunmuş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur.
Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Sərginin iştirakçılarından biri də gömrük təmsilçiliyi və beynəlxalq yük daşıma xidmətləri sahəsində qabaqcıl şirkətlərdən biri olan "Mobil Group"dur. Sərgidə "Mobil Group"a aid stend quraşdırılmışdır. Stenddə "Mobil Group"a daxil olan gömrük broker şirkəti "Mobil Broker", quru, su, hava və dəmiryolu vasitəsilə yüklərin sürətli beynəlxalq daşımalarını həyata keçirən "Mobil Logistics" və hava yolu ilə Azərbaycana bağlamaların daşınması ilə məşğul olan sürətli poçt daşıma xidməti "Mobex" də təmsil olunur.
Sərginin ilk və ikinci günü "Mobil Group"un stendinə böyük maraq müşahidə edilib. Qonaqlara "Mobil Group"a daxil olan şirkətlərin xidmətləri haqqında ətraflı məlumat verilib, onlarla şirkət ilə əməkdaşlıq haqqında danışıqlar aparılıb və ilkin razılaşmalar əldə edilib.
"Mobil Group"-a daxil olan Mobil Broker və Mobil Logistics şirkətlərinin gömrük rəsmiləşdirilməsindən yüklərin daşınmasına qədər kompleks xidmətlər göstərməsi idxal və ixrac ilə məşğul olan şirkətlərin böyük marağına səbəb olub. Belə ki, bu şirkətlərə müraciət edən müştərinin birbaşa iştirakı olmadan yükünü qapıda-qapıya çatdırılması üçün bütün daşınma və gömrük rəsmiləşdirilmə əməliyyatlarını icra edib, yükünü təhvil verilir. Müştərilər gömrük məntəqələrinə getmədən, bütün gömrük əməliyyatlarını müştərinin adından "Mobil Broker" həyata keçirir. "Mobil Broker" əməkdaşlığa başlamazdan öncə ödənişsiz konsultasiya xidmətilə müştərisini bütün prosedur qaydaları ilə ətraflı tanış edir. Bunlar da müştəriləri əlavə vaxt itkisi və xərclərdən azad edir.
""Partners and Business" tanıtım sərgi-konfransı əlamətdar hadisədir. Yerli şirkətlərin öz aralarında əməkdaşlığın yaradılmasında, onların tanıdılmasında bu sərgi əhəmiyyətli rola malikdir. Biz "Mobil Group" olaraq bu tədbirdə iştirak etməkdən məmnunuq. Ölkə iqtisadiyyatının, o cümlədən yerli biznesin inkişafına tövhə verən bu növ tədbirlərin keçirilməsini "Mobil Group" olaraq hər zaman dəstəkləyirik", - "Mobil Group" şirkətinin Direktoru Vüsal Xəlilov bildirib.
Sərgi-konfrans bu gün də davam edəcək və saat 10.00-dan 18.00-dək ziyarətçilər üçün açıq olacaqdır.
Qeyd edək ki, "Mobil Broker" MMC 2017-ci ildən etibarən fəaliyyət göstərən ölkənin ən qabaqcıl gömrük brokeri şirkətidir. Şirkət gömrük orqanları ilə vətəndaşlar arasında etibarlı vasitəçidir. Mobil Broker yerli və xarici vətəndaşların, o cümlədən sahibkarların ölkəyə idxal və ixrac etdikləri yüklərin gömrük rəsmiləşdirilməsində kompleks həllər təklif edir.
“Mobil Logistics” beynəlxalq yük daşımalarını həyata keçirən etibarlı logistika şirkətidir. Sürətli və təhlükəsiz daşımanı özündə əsas prinsipə çevirən şirkət 150 yə yaxın ölkəyə və əks istiqamətdə yüklərin daşınmasını həyata keçirir. “Mobil Logistics” dünyanın aparıcı hava yolları daşıyıcıları ilə sıx əməkdaşlıq içindədir. Bununla yanaşı quru, dəmiryolu və su nəqliyyatı ilə yük daşımalarını uğurla həyata keçirir.
"Mobil Express" (Mobex) "Mobil Group" MMC-nin törəmə şirkəti kimi Azərbaycan qanunvericiyilinə uyğun olaraq Türkiyədən bağlamaların hava yolu ilə qısa müddətə daşınmasını həyata keçirir. MobEx vasitəsilə geyim, aksesuar, ev tekstili, kosmetika və parfümeriya, kitab, vitaminlər qida əlavələrini sifariş etmək mümkündür. Siz onlayn mağazalardan məhsulları həm özünüz, həm də “Həvalə et” xidmətindən istifadə etməklə sifariş edə bilərsiniz. Kuryer xidməti sayəsində Bakı anbarımıza daxil olan bağlamalarınızın birbaşa evinizə çatdırılması həyata keçirilir. Eyni zamanda Mobex-lə siz bağlamalarınızı yaşayış və ya iş yerinizə yaxın Azərpoçt şöblərindən də əldə edə bilərsiniz.
"Mobil Group" məhsul və xidmətlər ilə yaxından tanış olmaq üçün hər kəsi sərgiyə dəvət edir.
Müştərilərin xəbərləri

"Prime Cotton"dan Azərbaycanda bir ilk - Pima pambıqdan bazarda 3 dəfə yüksək qiymətə satılan iplik istehsal etdi
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib - 92 yeni avtobus
- 13 saat əvvəl
-
-
13 saat əvvəl
"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Samsung şirkəti Tesla üçün çiplər istehsal edəcək - 16,5 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ
- 16 saat əvvəl
-
17 saat əvvəl
Haker hücumu nəticəsində "Aeroflot"un fəaliyyəti iflic olub, cinayət işi başlanıb
Son Xəbərlər

Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib - 92 yeni avtobus

Sentyabrın sonunadək Bakıya 200 yeni avtobus gətiriləcək

"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb

Həyat sığortası sadəcə böyüklər üçün deyil!

"Bu, Serbiyaya Azərbaycan qazı almağa imkan verəcək"

Samsung şirkəti Tesla üçün çiplər istehsal edəcək - 16,5 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ

Azərbaycanda Komplayens Assosiasiyası yaradıldı
Ən çox oxunanlar

Sabahın hava proqnozu açıqlanıb

Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb

2025-ci ildə “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır
