Marketlərdə saxta “Siyəzən Broyler” məhsulları satılır
“Siyəzən Broyler”in əmtəə nişanından qanunsuz istifadə halı aşkarlanıbBir müddət əvvəl Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası nümayəndələri Bakıda və ölkənin digər ərazilərində fəaliyyət göstərən bazarlarda başqa ölkələrdən idxal olunan keyfiyyətsiz toyuq ətinin “Siyəzən”, “Şəfa”, “Səba” adı altında satıldığını aşkarlayaraq müvafiq orqanları məlumatlandırmış və qarşısının alınmasına nail olmuşdu.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, bu günlərdə isə Cənub bölgəsində yerləşən çoxsaylı marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in əmtəə nişanından qanunsuz istifadə halı aşkarlanıb.
"Lənkəran rayonu Vilvan kəndindəki “Limon market”, Liman qəsəbəsində yerləşən “Rəhimli Market”, Avrora kəndində “Həsən market” və digər marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in məhsulu adı altında toyuq ətinin satışı həyata keçirilir. Bu marketlərin heç birinə “Siyəzən Broyler” ASC tərəfindən məhsul verilmir, onlarla hər hansı ticari müqavilə bağlanmayıb. ASC-nin nümayəndələri saxta məhsulların satıldığı marketlərdə olaraq fotoçəkilişlər aparıb, fırıldaqçılıq hallarına dair dəlil-sübutlar toplayıblar. Həmin sübutların təqdim olunduğu qurumlar sahibkarlıq subyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyindən icazə alınmalı olduğunu, bu səbəbdən müraciətlərə 15 gün müddətində baxılacağını bildiriblər. Halbuki artıq marketlərdən saxta məhsulların yığışdırılmasına başlanıb. Bu isə o deməkdir ki, fırıldaqçılığa yol verən, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istehlakçıları aldadan şəxslər cəzasız qala bilərlər.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq müvafiq qurumları bu hallara qarşı təcili tədbirlər görməyə, saxtakarlığa, qanunsuzluğa yol verənlərə qarşı hüquqi addımlar atmağa çağırırıq. Bildiririk ki, bu cür fırıldaqçılıqla bazara çıxarılan məhsulların keyfiyyəti, qida təhlükəsizliyi meyarlarına cavab verməsi böyük sual altındadır. Çünki normal məhsul istehsal edən sahibkar heç vaxt başqa əmtəə nişanından istifadə etməz, buna ehtiyac olmaz. Bu baxımdan, “Siyəzən Broyler” ASC-nin əmtəə nişanından qanunsuz istifadə edilərək satılan toyuq ətinin keyfiyyəti, qida təhlükəsizliyi normalarına cavab verib-verməməsi böyük sual altındadır",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























