"Qiymətlərin artmasının heç kimə, hətta marketlərə belə faydası yoxdur"
"Qlobal qiymət artımı fonunda dövlətimizin antiinflyasiya tədbirlərinə dəstək olaraq, biz də qiymət artımı ilə öz imkanlarımız daxilində mübarizə aparırıq. Səmimi olaraq sizə deyim ki, qiymətlərin artmasının heç kimə, hətta marketlərə belə faydası yoxdur".
Marja xəbər verir ki, bunu, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü və “OBA” marketlər şəbəkəsinin rəhbəri Vüsal Şərifov bildirib.
O qeyd edib ki, qiymətin artması alıcı səbətinin kiçilməsi deməkdir: "Biz mağazalarımızda öz məhsullarımız olan və bahalı olmayan brendləri müştərilərimizə təqdim edirik. Bununla da məhsullarımızı mümkün olan aşağı qiymətə təklif etməyə çalışırıq".
Vüsal Şərifov əlavə edib ki, bu yaxınlarda “Şəmkir Aqroparkı”nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsi yaradılıb. Artıq həmin regiondakı kəndlinin məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyac yoxdur, onu Şəmkir ərazisində bizə təqdim edə bilir:
"Xüsusilə vurğulayım ki, soğan, kartof, sarımsaq, kök, kələm, çuğundur və alma növləri üzrə məhsulların birbaşa kəndlidən alışı həyata keçirildiyi üçün istehlakçılar qiymət və yerli dad meyarı üzrə bu fərqi anlaya bilərlər. Həmçinin məhsula olan ehtiyacımızı əvvəlcədən fermerlərə bildirməklə onlara planlama ilə bağlı köməklik göstərir, sadə şərtlərlə əməkdaşlıq əlaqəsi qurmaqla kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmağa çalışırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























