Dövlət Xidmətində iri ticarət şəbəkələrinin rəhbərlərilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxslərinin, eləcə də, “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və birliyə daxil olan iri ticarət şəbəkələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, tədbirdə qalınlığı 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların) məhsullarının ticarət şəbəkələrində satılmasının qadağan olunması barədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, belə məhsullar ətraf mühitə və insan sağlamlığına ziyan vurmaqla yanaşı, təkrar emala yararlı deyil. Görüşdə həmçinin qalınlığı 15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və satış qiyməti barədə əvvəlcədən məlumatın verilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə polietilen və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istifadəsi və satışı ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























