"Etiraf etdilər ki, Belarusdan gətirdikləri toyuqlar yumurtadan kəsilən ana toyuqlardır"
“Belə toyuqların qida dəyəri çox aşağı olur. Adətən, ana toyuqlar 6 aylığından yumurtlamağa başlayır, bu, 10 ay davam edir. Yəni 10 aydan sonra onların yumurta vermək imkanı tükənir. Fasiləsiz yumurtladıqlarına görə əti az, sümüyu ağır olur. Əksər ölkələrdə belə toyuqları yalnız kolbasa-sosiska istehsalında istifadə edirlər. Siz bu toyuğu gətirib üzərinə “Kənd toyuğu” yazıb satmaqla istehlakçıların hüquqlarını pozursunuz, onları aldadırsınız. Bu, həm də qanun pozuntusudur. Eyni zamanda yerli quş əti istehsalçılarının mənafeyinə zərbə vurursunuz”.Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) olaraq ölkə vətəndaşlarını Belarusdan idxal olunan və ucuz qiymətə satılan quş ətinə dair məlumatlandıran açıqlama ilə çıxış etmişdir.
Açıqlamada qeyd edilmişdi ki, qida təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi hesab olunur. Kütləvi istehlak məhsullarının keyfiyyətinin yüksək standartlara cavab verməsi, vətəndaşlara təmiz və zərərsiz məhsulların təqdim olunması bütün ölkələrdə diqqət mərkəzindədir. Çünki zərərli, keyfiyyətsiz məhsullarla qidalanma əhalinin genofonduna, sağlamlığına böyük zərbə vurmaqla dövlətin əsaslarını sarsıdır. Dünya təcrübəsi göstərir ki, qida təhlükəsizliyinə əməl olunmasına ən yaxşı nəzarəti vətəndaşlar özləri tətbiq edirlər. Onlar keyfiyyətinə əmin olmadıqları, mənşəyi bilinməyən məhsulları nəinki almırlar, hətta belə məhsulları satışda gördükdə müvafiq dövlət nəzarət orqanlarını məlumatlandırırlar. Bu baxımdan, ölkəmizdə də qida təhlükəsizliyi normalarına əməl olunmasına nəzarət etmək hər bir vətəndaşın borcudur.
Assosiasiya bəyan etmişdi ki, son həftələrdə Azərbaycana Belarusdan idxal olunaraq yerli məhsulun az qala yarı qiymətinə satılan toyuqların keyfiyyəti, qida dəyəri aşağıdır. Eyni zamanda bildirilmişdi ki, bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlar ola bilər.
APEPEA-nın Analitika və İctimaiyyətlə əlaqələr departamentindən Marja-ya daxil olan məlumatda bildirilir ki, vətəndaşlara müraciətdən sonra Belarusdan həmin əti idxal edən AFM MMC-nin nümayəndələri APEPEA-ya müraciət edərək, görüşüb məsələ ilə bağlı müzakirə aparmağı təklif ediblər. Bu gün AFM MMC-nin təmsilçisi olaraq Anar İsmayılov, həmçinin Əhməd Mirzəliyev adlı bir şəxs APEPEA rəhbərliyi ilə görüşüb. Görüş zamanı onlar etiraf ediblər ki, Belarusdan gətirdikləri toyuqlar həqiqətən yumurtadan kəsilən ana toyuqlardır. Bu səbəbdən də onları ucuz qiymət alıb, Azərbaycanda da ucuz qiymətə realizə edirlər.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli MMC təmsilçilərinə bildirib ki, əksər ölkələrdə yumurtadan kəsilən ana toyuqların kütləvi satışa çıxarılmasına icazə verilmir:
“Belə toyuqların qida dəyəri çox aşağı olur. Adətən, ana toyuqlar 6 aylığından yumurtlamağa başlayır, bu, 10 ay davam edir. Yəni 10 aydan sonra onların yumurta vermək imkanı tükənir. Fasiləsiz yumurtladıqlarına görə əti az, sümüyu ağır olur. Əksər ölkələrdə belə toyuqları yalnız kolbasa-sosiska istehsalında istifadə edirlər. Siz bu toyuğu gətirib üzərinə “Kənd toyuğu” yazıb satmaqla istehlakçıların hüquqlarını pozursunuz, onları aldadırsınız. Bu, həm də qanun pozuntusudur. Eyni zamanda yerli quş əti istehsalçılarının mənafeyinə zərbə vurursunuz”.
APEPEA-nın açıqlamasında qeyd edilib ki, Ə.Mirzəliyev isə cavabında idxal olunan toyuqların üzərinə istəsələr “Dana əti” də yaza biləcəklərini, bunun APEPEA-ya aidiyyətinin olmadığını bildirib. O həmçinin Belarusdan gətirilən toyuqların Belarus Prezident Administrasiyasına tabe olan müəssisədə yetişdirildiyini, buna görə Azərbaycanda ona heç kimin irad bildirməyə haqqının olmadığını iddia edib: "Daha da irəli gedən Ə.Mirzəliyev indiyədək işlədiyi ölkələrdə hətta nazirlərin belə ona söz deyə bilmədiyini, deyənləri “nakazat” etdiyini bildirməklə, faktiki olaraq, APEPEA rəhbərliyini təhdid etmiş oldu".
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bir daha bəyan edir ki, Belarusdan gətirilən və “Kənd toyuğu”, Halal toyuq adı altında sizə satılan toyuqlar qida dəyəri aşağı olan yumurtadan kəsilmiş ana toyuqlardır.
"Hazırda Azərbaycanda satılan həmin toyuqların istehsalçısı olan “Soliqorsk” Fabriki (https://molodeckie.by/index.php/ru/pages/prajs-list ), Minsk Birinci Toyuq Kombinatı, “Skildelskiy” broyler fabriklərinin (http://www.ghp.by/ru/production/ ) öz saytlarında qeyd olunur ki, yumurtadan kəsilmiş toyuqların ətinin saxlama müddəti maksimum 8 aydır. Azərbaycanda satılanların üzərində isə saxlama müddəti 12 ay göstərilib. Bu, əhalinin sağlamlığına sui-qəsddir. Digər tərəfdən, Minsk Birinci Toyuq Kombinatı sırf süfrə yumurtası istehsal edir, ətlik müəssisə deyil. Onların İnternet saytında təqdim etdikləri məhsulların siyahısına baxmaqla da bunu müəyyən etmək olur (http://1mpf.by/prodayom ). Bu kombinatın yumurtadan kəsilən toyuqlarını da gətirib Azərbaycanda satırlar.
Sizə təqdim etdiyimiz fotolara baxsanız, görərsiniz ki, onların bəzilərinin üzərində 2-ci növ olduqları yazılıb. Bir çox ölkələrdə, məsələn, qardaş Türkiyədə belə toyuqların kütləvi satışa çıxarılmasına icazə verilmir. Belarusdakı istehsalçı ona heç bir başqa ölkəyə - hətta ittifaq dövləti yaratdıqları Rusiyaya belə sata bilməz, çünki imkan verməzlər.
Bütün bunları nəzərə alaraq, bəzi işbazların qazanc əldə etmək naminə sizi aldatmasına imkan verməyin. Özünüzün və övladlarınızın sağlamlığı naminə aldığınız məhsula diqqətlə yanaşın.
Sizə də həm də yumurtadan kəsilən toyuqların Belarusdakı satış qiymətlərini əks etdirən fotoları təqdim edirik. Belə ətin sizin və övladlarınızın orqanizminə hansı fayda gətirəcəyini özünüz düşünün".
HƏMÇİNİN OXU: “Toyuq əti bazarında hökmranlıq edərək istədikləri qiyməti qoymaq istəyirlər”
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
12 saat əvvəl
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
1 gün əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
1 gün əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
1 gün əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
1 gün əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
1 gün əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
Azərbaycan neftinin son qiyməti
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı

























