Fermerin bütün ehtiyacları bir mərkəzdə - “Caspian Agro 2022” sərgisində

(®) 18 May 2022-ci il tarixindən etibarən Azərbaycanda ənənəvi beynəlxalq kənd təsərrüfatı tədbiri olan “Caspian Agro” sərgisi start verib. “Baku Expo” sərgi mərkəzində təşkil edilmiş tədbir yerli və xarici şirkətlər, fermerlər, eləcə də aqrar sektorda fəaliyyət göstərən dövlət qurumları tərəfindən böyük maraqla qarşılanıb.
24 ölkədən 449 şirkətin qatıldığı sərgidə kənd təsərrüfatı istehsal vasitələrinin tədarükü, topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış, fermerlərin və kənd təsərrüfatı şirkətlərinin etibarını qazanmış gubre.az aqrar ticarət şəbəkəsi də iştirak edir. Bilindiyi kimi şəbəkə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsusdur. 2019-cu ildə təsis edilmiş şirkət qısa müddətdə fermerlərə, demək olar ki, bütün ölkə ərazisində xidmət göstərən və özündə 200-dən çox satış nöqtəsini birləşdirən geniş xidmət şəbəkəsinə malkdir. Eyni zamanda Qarabağın işğaldan azad edilmiş torpaqlarında müvafiq infrastruktur və hazırlıq işləri yekunlaşdıqdan sonra şirkət həmin ərazilərdə də fermer təsərrüfatlarına dəstək məqsədilə öz xidmət şəbəkəsini genişləndirməyi planlaşdırır.
“Cənab Prezident İlham Əliyev və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahəyə göstərilən dəstək, fermerlərə verilən subsidiyalar kiçik və orta ölçülü fermer təsərrüfatlarına məhsuldarığın yüksəldilməsi üçün muasir və innovativ aqrotexnoloji vasitələrdən daha yaxşı yararlanmağa imkan yaradır. Bu da öz növbəsində ölkəmizdə daha keyfiyyətli məhsulların yetişdirilməsi, ümumi məhsuldarlığın artırılması və nəticədə fermerlər üçün daha yüksək gəlirin əldə edilməsi istiqamətində öz töhvəsini verir”. - “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin direktoru Tofiq Niftəliyev qeyd edib.
Şirkət rəsmisi bildirmişdir ki, 2021-ci ildən etibarən “Aqrar Kredit və İnkişaf Agentliyi” ilə Kənd Təsərrüfatı Nazirliyinin, “Aqrar Tədqiqatlar Mərkəzinin”iştirakı ilə birlikdə ərsəyə gətirdiyi Tapagro onlayn portalının tətbiqi də son bir ildə fermerlərə ayrılan subsidiyaların daha səmərəli istifadə edilməsinə gətirib çıxarmış, neqativ hallarının qarşısının alınması ilə öz işini şəffaf şəkildə və vicdanla icra edən şirkətlərin inkişafı üçün münbit şərait yaradılmışdır. Bu isə öz növbəsində fermerlərin daha əlçatan xidmətlərlə təmin olunmasına imkan yaratmışdır.
Qeyd edək ki, gubre.az ticarət şəbəkəsi fermerlərə və kənd təsərrüfatı şirkətlərinə Rusiya, Türkiyə, İsrail, Ukrayna, İtaliya, Belçika, Polşa, Gürcüstan və s. ölkədən 30-dan çox şirkətin istehsalı olan və 150-dən çox çeşiddən ibarət toxum, gübrə və bitki mühafizə vasitələri təqdim edir. Satış nöqtələrində toxum və aqrkimyəvi vasitələri fermerlər həm də subsidiya kartları vasitəsilə əldə edə bilər.
Pambıqçılığın inkişafında gubre.az-ın töhvəsi
Xüsusi ilə vurğulamaq lazımdır ki, şirkət pambıqçılığın inkişaf etdirilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi xüsusi proqramları nəzərə alaraq və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüslərinə dəstək qismində 2020-ci ildən etibarən Türkiyədən yüksək məhsuldarlığa və dözümlülüyə malik yeni pambıq sortları idxal edərək, yerli fermer təsərrüfatları ilə birgə sınaqdan keçirmiş, fermerlərin marifləndirilməsi üçün işlər görmüş və bu sahədə fermerlərin rəğbətini qazanan yeni pambıq sortun müəyyən edilməsinə nail olmuşdur. Belə ki, 2022-ci il pambıq əkinləri zamanı şirkətin idxal etdiyi May-455 pambıq toxumlarına fermerlər tərəfindən böyük tələbat müşahidə edilmişdir. Bununla əlaqədar olaraq, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” müvafiq pambıq toxumu sortların idxalını önümüzdəki illərdə daha da artırmağı planlaşdırır.
İnnovativ vasitələr resursların qorunması üçün şərait yaradır
gubre.az şəbəkəsində daha bir yenilik, cari ildən başlayaraq, orqanomineral gübrələrin çeşidlərinin artırılması və onların tətbiqinin genişləndirilməsi üçün fermerlərlə marifləndirmə, eyni zamanda stimullaşdırma tədbirlərinin görülməsidir. Bu, hazırda bütün dünyada aktuallaşan, ölkəmizdə də aktual olan, torpaq və su resurslarının qorunması probleminin həlli istiqamətində şirkətin verdiyi dəstək kimi qiymətləndirilməlidir.
Bundan başqa şirkət ucqar regionlarda əkin ərazilərinin aqrotexnoloji vasitələrlə təmin edilməsi üçün mövsümi olaraq səyyar satış da təşkil edir. Fermerlər eyni zamanda 828 qısa nömrəsinə zəng edərək və ya www.gubre.az vebsaytı vasitəsilə də gubre.az satış nöqtələrindən toxum, gübrə və pestisid sifariş edə və ya məlumat ala bilərlər.
Məlumat üçün
Ünvan: Bakı şəhəri, Nərimanov r-nu, Z.Bünyadov Pr-ti, Məhəllə 1965, Çinar Park, Bina 1, AZ1075
Telefon: 012 525 48 48
Qaynar xətt: 828
Email: info@gubre.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 d. əvvəl
- 31 d. əvvəl
-
44 d. əvvəl
Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 gün əvvəl
Bank Respublika rəhbərliyi və əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
-
2 gün əvvəl
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
-
2 gün əvvəl
Birja Bank "BTB" istiqrazıları barədə qərar verdi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
Son Xəbərlər

Bank sektorunda xalis mənfəət 20 faizə yaxın azalıb

Bank sektoru ilə bağlı yeni göstəricilər açıqlandı

Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub

Rəsmi məzənnələr açıqlandı

Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
Ən çox oxunanlar

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Prezident koordinator təyin etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
