Dövlət Xidməti düyü və qarabaşaq qiymətlərində manipulyasiya və rəqabətin məhdudlaşdırıldığını aşkar edib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti düyü bazarında araşdırmalar aparır.
Marja.az Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı “SUN FOOD” MMC, “Xudafərin-1” MMC, “Qida XXI” MMC, “Elsaan Group” MMC, “VEYSƏLOĞLU” MMC, “Babək” firması və s tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
İşə 23.05.2022-ci il tarixində baxılacaq.
Qanun pozuntusu “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 2-cı bəndinin tələblərin pozulması əlamətləri üzrədir. Bu maddələr - bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsini (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərar vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsini; bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişləri nəzərdə tutur.
Həmçinin Dövlət Xidməti qarabaşaqbazarında araşdırmalar aparır. “Abşeron Treyd” MMC, “Vuqma-qida məhsulları”, “SUN FOOD” MMC,, “VEYSƏLOĞLU” MMC, “Babək” firması və s. tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















