Azərbaycanın elektronika məhsulları mağazasının 6-cı filialı açıldı - FOTOLAR
"Smart Electronics"in Sumqayıtda “Sülh” ekspress filialı fəaliyyətə başlayıb(®) Paytaxtda fəaliyyət göstərən beş filial şəbəkəsində sərfəli qiymət və kampaniyaları ilə alıcıların böyük rəğbətini qazanan elektronika məhsulları satış şəbəkəsi "Smart Electronics" 6-cı mağaza filialını Sumqayıt şəhərində açıb.
Sumqayıt şəhər sakinlərinə daha rahat xidmət göstərmək və əlçatan olmaq məqsədilə yeni filial Sumqayıt şəhəri, Sülh küçəsi 182 ünvanında fəaliyyətə başlayıb.
3 may tarixində baş tutan açılış böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri açılış iştirakçılarına yeni məhsul çeşidlərini və mağaza konseptini, həmçinin şirkətin onlayn satış platforması olan www.smartelectronics.az saytında edilən dəyişiklikləri təqdim ediblər.
Artıq altı ildir elektronika bazarında böyüməkdə olan "Smart Electronics" açılışa özəl kampaniyada bütün smartfon və planşetlərə 18 ay, digər bütün noutbuk, məişət əşyaları, aksessuarlar və 100-lərlə müxtəlif məhsula 24 ay müddətinə faizsiz və komissiyasız daxili hissə-hissə ödəniş imkanı yaradır. "Smart Electronics" həmçinin nağd alışlarda hədiyyələr, Umico ilə alış verişdə 7 % - dək keşbək və Azal Club milləri təklif edir.
Açılışda iştirak edən Şirkət rəhbərliyi bildirib ki, elektronika bazarında təkcə keyfiyyətli məhsullarla deyil, həmçinin müştəri məmnuniyətini əsas götürən konsultasiya imkanları ilə də fərqlənirlər. Belə ki, alıcılar *2999 nömrəsi ilə əlaqə saxlayaraq və ya şirkətin rəsmi veb səhihəsi olan www.smartelectronics.az saytına daxil olaraq bəyəndikləri məhsullar barədə ətraflı məlumat ala, onların ehtiyaclarına cavab verən ən doğru məhsulu seçməkdə mütəxəssis köməyindən yararlana bilərlər.
Həmçinin bildirilib ki, paytaxtdan kənarda ilk filial məhz Sumqayıt şəhərindədir, ancaq tezliklə ölkənin digər bölgələrində də yeni filiallarla alıcıları sevindirəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























