"Market şəbəkələri bazarda inhisarçıdırlar, müxtəlif adlar altında bizdən ödənişlər alırlar"
"Market şəbəkələri öz TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin üzvü Vaqif Hüseynov bildirib ki, ticarət şəbəkələri ən müxtəlif adlar altında istehsalçılardan müqavilədə nəzərdə tutulmayan ödənişlər alırlar.
“Yeni market açılırsa, əlavə pul, endirim kampaniyası istəyirlər. Hansısa yeni məhsul verirsənsə, yenə əlavə ödəniş etməlisən. Hətta şəbəkələr öz TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər: tələb qoyurlar ki, filan TV-də reklamımız gedəcək, 1 həftəsini sən maliyyələşdir. Yaxud deyirlər ki, məhsulunu yaxşı satılmasını istəyirsənsə, bir işçinin maaşını ödə, qoy sənin məhsulunun satışı ilə məşğul olsun. Bunların hamısı şəbəkələrin bazardakı inhisarçı mövqeyindən irəli gəlir. Deyə bilərlər ki, belə hallar bütün dünyada olur. Doğrudur, olur, amma çox çəkmir – dövlət öz “gözəgörünməz” əlini işə salır və inhisarçılıq meyllərinin qarşısını alır”, - o deyib.
Assosiasiya üzvü R.Camalov qeyd edibki, şəbəkələrin belə fəaliyyətinin qarşını almaq üçün məhkəməyə müraciət etmək sahibkarların problemini həll etmir: “Məhkəmə prosesi aylarla uzanır, bu isə faktiki olaraq pulun bizə çatmasının aylarla, bəzən illə yubanması deməkdir. Buna görə də heç kim məhkəməyə üz tutmur”.
Qeyd edək ki, Aprelin 11-də Assosiasiya rəhbərliyi və üzvlərinin İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində ilk görüşü baş tutub. Görüşdə KOBİA Katibliyi sədrinin müavini İlqar Əsgərov, Vətəndaş qəbulu üzrə vahid kommunikasiya şöbəsinin müdiri Sahib Nəcəfov, həmin şöbənin aparıcı mütəxəssisi Salman Nəcəfov, APEPEA rəhbəri Mürvət Həsənli, İdarə Heyəti sədrinin müavini Vaqif Hüseynov, Assosiasiya üzvü Royal Camalov iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























