Tikinti materiallarının birinci əl olaraq satıldığı bazar istifadəyə verildi
Müxtəlif xarici ölkələrdən “Abşeron Logistika Mərkəzi”nə qəbul edilən tikinti materialları bu bazarda birinci əl olaraq birbaşa satışa çıxarılır."Abşeron Logistika Mərkəzi" yaxınlığında yerləşən “Abşeron Tikinti Materialları Mərkəzi”nin (bazar) açılışı həyata keçirilib.
Marja.az xəbər verir ki, 255 hektar sahəsi olan Qafqazın ən böyük inşaat bazarı – “Abşeron Tikinti Materialları Mərkəzi”nin 15 hektar ərazisinin açılışı baş tutub.
Mərkəzdə bütün növ tikinti materialları müştərilərə çox sərfəli qiymətlər ilə təklif edilir.
“Abşeron Tikinti Materialları Mərkəzi”nin satış müdiri Haqverdi Rzayev bildirib:
“Digər bazarlarda fəaliyyət göstərən və mərkəzimizdə obyekt sahibi olan çoxsaylı sahibkarların müraciətlərinin nəticəsi olaraq bu bazarın açılışını edirik. Yaxın zamanlarda isə ümumi olaraq 50 hektar ərazidə əlavə tikinti materiallarının satışı obyektləri də müştərilərin istifadəsinə veriləcəkdir".
Sahibkarlar burada fəaliyyət göstərən "bir pəncərə" sistemi vasitəsilə gömrük, bank və digər əməliyyatları rahatlıqla həyata keçirərək həm vaxta, həm də xərclərə qənaət edəcəklər.
“Abşeron Logistika Mərkəzi”nin Marketinq direktoru Elşad Namazov bildirib ki, Mərkəzə müxtəlif ölkələrdən qəbul edilən yüklər (tikinti materialları) bu bazarda birinci əl olaraq satışa çıxarılır: “Bu səbəbdən bazarda müştərilərə təklif olunan məhsullar daha sərfəli şərtlər ilə təqdim olunur. Bazarın logistika mərkəzinin yaxınlığında və şəhər kənarında yerləşməsi sahibkarları əlavə daşıma xərclərindən azad edir. Çünki iri tonnajlı yük maşınlarının şəhər mərkəzində hərəkət etməsi zərurəti aradan qalxır”.
Qeyd edək ki, “Abşeron Tikinti Materialları Mərkəzi” “Sədərək” ticarət mərkəzinin arxasında, Lökbatan yolu üzərində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























