"Quş ətinin qiymətində artımın olacağı qaçılmazdır" - İRİ İDXALÇI
Mətbəximizin vacib tərkib hissəsi olan ətin də qiymətində dəyişiklik var. Bu da qiymətlərin qlobal miqyasda qalxmasının qaçılmaz bir nəticəsidir.
“Veysəloğlu” MMC-nin Qastronom və dondurulmuş məhsullar üzrə Marketinq Departamentinin Marketinq meneceri Pərviz Hüseynov Marja.az-a təqdim etdiyi məlumatda ölkəmizdə dondurulmuş ət məhsulları ilə bağlı vəziyyəti belə izah edir:
“İlk növbədə vurğulayım ki, quş əti Azərbaycana ən çox Ukraynadan idxal edilir. Münaqişənin bölgədə yaratdığı iqtisadi çətinliklər nəticəsində tələbin təklifi keçəcəyi, bunun da qiymətlərə təsiri gözləniləndir. Eyni zamanda, heyvan qidasının əsasını Ukrayna və Rusiya təmin etdiyi üçün yemin və nəticə etibarilə quş ətinin qiymətində artımın olacağı qaçılmazdır. Logistikada problemlər də qiymət artımına təsir edən amillərdəndir. Bununla yanaşı, ödəniş proseslərində müəyyən səbəblərdən çətinliklərin yaranması ilə məhsul alışı əvvəlki qaydada həyata keçirilməyəcək. Çünki fabriklərin əksəriyyəti ödənişləri əvvəlcədən tələb edir və təbii ki, bu günkü vəziyyətdə Rusiya və Ukraynaya əvvəlcədən ödəniş risklidir. Alternativ bazar olaraq, Gürcüstan, Türkiyə və İran dəyərləndirilir. Bu ölkələrdən qeyd edilən məhsulların idxalı istiqamətində hazırda dövlət səviyyəsində müvafiq tədbirlər görülür.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















