Daha bir mağazalar şəbəkəsi böyüyür - 5-ci filialı açıldı
"Smart Electronics"in Qara Qarayev filialı açılıb."Smart Electronics" şirkəti mağazalarının sayını artırır.
Marja.az xəbər verir ki, şəbəkənin 5-ci mağazası Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 26B küçəsində (Qara Qarayev metrosunun çıxışı) istifadəyə verilib.
Açılışa özəl olaraq müxtəlif növ elektronik məhsullarda 40%-dək endirimlər təklif olunur.
Bakıda "Smart Electronics"in İnşaatçılar (Şərifzadə küç. 259), Nizami (M.Naxçıvani küç. 15), Əhmədli (Sarayevo küç. 10C) və 28 may (Dilarə Əliyeva küç. 212) filialları da fəaliyyət göstərir.
“Smart Electronics” şirkətinin təsisçisi Samir Qəhrəmanov Marja.az-a bildirib ki, 2022-ci ilin sonunadək “Smart Electronics” mağazalarının sayının 10-a çatdırılması nəzərdə tutulur”
“Bu gün istifadəyə verilən mağaza ilə “Smart Electronics” filiallarının sayı 5-ə çatır. 2022-ci ilin sonunadək daha 5 mağazanı istifadəyə verərək filialların sayını 10-a çatdırmağı nəzərdə tuturuq. İlin qalan dövründə açılacaq 5 mağazanın 4-ünü Bakıda, 1-ni isə Sumqayıtda istifadəyə verməyi planlaşdırırıq. Növbəti mərhələdə Gəncə və Bərdə başda olmaqla digər şəhər və rayonlarda “Smart Electronics” mağazasının istifadəyə verilməsi hədəflənir. Gələcəkdə regionlarda daha çox mağaza açmaq və mövcud mağazaları daha da genişləndirmək niyyətindəyik. 2023-cü il üçün hədəflərimiz daha yüksəkdir”.
"Smart Electronics" 2016-cı ildən fəaliyyətə başlamış və elektronika məhsullarının satışını həyata keçirən şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























