“Bazaar mall” istifadəyə verildi - 200-dən çox rəf və mağaza fəaliyyət göstərəcək
Novruz günləri ərəfəsində Gəncədə “Gəncə qalası” ticarət mərkəzinin “Bazaar mall” hissəsinin açılışı olub.
Marja xəbər verir ki, açılışda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Novruz bayramı günlərində belə bir möhtəşəm ticarət mərkəzinin açılışı münasibətilə şəhər sakinlərini təbrik etmiş və ölkəmizdə sahibkarlığın inkişafına verilən dəstəkdən söz açmışdır.
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk də öz növbəsində Gəncə sakinlərini və ticarət mərkəzinin rəhbərliyini Novruz bayramı münasibətilə təbrik etmişdir.
“Bazaar mall”la tanışlıq olmuşdur. Bildirilmişdir ki, “Gəncə qalası” ticarət mərkəzinin bir hissəsində kənd təsərrüfatı məhsulları satılacaq. Burada 200-dən çox rəf və mağaza fəaliyyət göstərəcək. “Bazaar mall”un mərkəzi hissəsində 140 rəf meyvə və tərəvəz, 30-a yaxın rəf isə ağartı məhsullarının satışı üçün ayrılıb. Burada 30 ət dükanı və 20-yə yaxın müxtəlif təyinatlı mağaza mövcuddur. Ticarət mərkəzinin daxilindəki “Sehrli təndir” adlı çörək dükanında ənənəvi təndir çörəyi ilə yanaşı, Gəncə kətəsi və müxtəlif növ şirniyyatlar bişiriləcək. Burada “Nargilə” adlı ailəvi kafe, gül və sənətkarlıq dükanları da fəaliyyət göstərəcək.
Alıcıların rahatlığını təmin etmək üçün “Bazaar mall”un zirzəmi hissəsində 150-160 avtomobillik dayanacaq inşa edilib. Yuxarı mərtəbəyə qalxmaq üçün lift və eskalatorlar quraşdırılıb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə burada Novruz yarmarkası da təşkil olunub. Yarmarkada münasib qiymətlərlə müxtəlif məhsullar alıcılara təqdim olunur. Yarmarka aprel ayının 1-dək davam edəcək.
Məlumat üçün bildirək ki, ticarət mərkəzində 600 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Hazırda 300 nəfər işlə təmin edilib. Aralarında şəhid ailələri və qazilər çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























