Azərbaycanda yeni onlayn alış-veriş şirkəti fəaliyyətə başlayacaq
Azərbaycanda yeni onlayn alış-veriş şirkəti – “Vau” fəaliyyətə başlayacaq. Marja.az-ın əldə etdiyi məlumata görə, şirkət vau.az saytı üzərindən fəaliyyət göstərəcəkdir.
Verilən məlumata görə, şirkətin hədəfi tanınmış brendlər ilə işləmək, müştəri məmnuniyyətini inkişaf etdirmək, uğurlu satış və çatdırılma işini həyata keçirməklə ölkənin qabaqcıl elektron kommersiya şirkəti olmaqdır.
Qeyd edilib ki, Vau.az ticarət mərkəzi və bazar konsepsiyasını bir dam altında birləşdirəcəkdir. Yəni siz, eyni məhsulu ticarət mərkəzindən baha, ənənəvi bazardan isə daha aşağı qiymətə ala bilərsiniz. Vau.az iə ən geniş çeşid, ən sərfəli şərt və ən uyğun xidməti təklif edəcəkdir. Üstəlik 21 günlük geri qaytarma imkanı və sözümüzün üstündə dayanan zəmanət ilə birlikdə.
“Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 20.000-dən çox məhsul çeşidi ilə Vau- bütün ehtiyaclarınız üçün bir nöqtədir.
Bununula da sevdiyimiz məhsulları münasib qiymətlərlə almaq üçün fərqli mağazalara və hətta fərqli bazarlara getməli olduğumuz günlər geridə qalacaqdır. Çünki artıq hər şeyi inanılmaz endirimli qiymətlərlə onlayn almaq mümkün olacaqdır.
Vau.az-da siz Samsung, LG, Lenovo, Bosch, HP, Apple, JBL, Panasonic, Philips, Xiaomi, Tefal və bir çox etibarlı brendlərdən elektronika məhsullarını seçə biləcəkiniz”, - şirkətin məlumatında bildirilir.
Vau qapıya çatdırılma, sürətli geri ödəmə kimi xidmətlər təqdim edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















