Rusiyadan Azərbaycana gətirilən 67 ton kartofda zərərverici aşkarlanıb - MƏHV EDİLDİ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı fiziki şəxs Məcidov Əhliman Əli oğlu tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 67000 kq toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 saat sonra
-
4 d. əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - yağ istehsalı müəssisəsi yaradılacaq
- 8 d. əvvəl
- 41 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Maliyyə nazirinin I müavini ABB-nin rəhbərliyinə gətirilib
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Ən çox oxunanlar
"Bank Respublika" nizamnamə kapitalını artırır
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
“GL” ASC-nin istiqrazları tam yerləşdirildi





























