Zuckerberg 13 il fasilədən sonra Harvard diplomu alıb
Dünyanın ən böyük sosial media saytı Facebookun qurucu ortağı Mark Zuckerberg, illər öncə məzun olmadan ayrıldığı Harvard Universitetindən diplomunu alıb.
ABŞ-ın ən nüfuzlu ali təhsil ocaqlarından biri hesab olunan Harvard Universitetində kompyuter mühəndisliyi və psixologiya təhsili alan, ancaq 2004-ci ildə ikinci kursa gedərkən universiteti yarımçıq buraxan Zuckerberg, 13 il fasilədən sonra Harvard buraxılış mərasimində iştirak edib.
Mərasimdə diplomunu alan Zuckerberg, Facebook-da etdiyi paylaşımda, "Anacan, geri gəlib diplomu alacağımı sənə həmişə demişdim", ifadəsini istifadə edib.
Zuckerberg-in diplomunu havaya qaldırarkən çəkilmiş foto Facebookda 1,3 milyon insan tərəfindən bəyənilib.
Dünyanın ən varlı 5-ci adamıdır
Harvardda tələbə olarkən Facebooka üstünlük vermək üçün təhsilini yarımçıq qoyan Zuckerberg, təxminən 65 milyard dollarlıq sərvətiylə dünyanın ən gənc milyarderi və ən varlı 5-inci şəxsidir.
Hazırda dünyanın ən varlı insanı olan Bill Gates, Microsoft-u qurmasından sonra Harvard Universitetini 1975-ci ildə yarımçıq qoymuş, 2007-ci ildə isə universitetdən fəxri doktor adı almışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
7 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
7 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
8 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
8 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
9 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























