"Azərbaycan Supermarket" MMC-nin maliyyə vəziyyəti ilə bağlı rəsmi açıqlama
"Mənfi maliyyə nəticələri sürpriz yox, aqressiv böyümə strategiyasının nəticəsidir"
"Qoyulan investisiyanı tam şəkildə geri qaytarmaq mağazanın işə başladığı gündən etibarən təxminən 3-4 il çəkir".
"Azərbaycan Supermarket" MMC bir sıra kütləvi informasiya vasitələrində (KİV) BRAVO-nun maliyyə vəziyyəti ilə bağlı yayımlanmış məlumatlar ilə əlaqədəra açıqlama yayıb.
Marja.az açıqlamanı təqdim edir:
"Azərbaycan Supermarket" MMC-nin istiqraz emissiyası məqsədi ilə emissiya prospektini dərc etməsi nəticəsində bir sıra KİV-lərdə BRAVO-nun maliyyə vəziyyəti ilə bağlı məlumatların yayılması ilə əlaqədar olaraq, aşağıdakıları bildirməyi zəruri hesab edirik.
"Müasir qida pərakəndəçiliyi" sektorunda müsbət nəticələr və mənfəət əldə etmək üçün mağaza şəbəkəsinin genişləndirilməsinə və müəyyən zamana ehtiyac var. Hər hansı yeni mağaza 6-12 ay ərzində əməliyyat mənfəəti əldə etməyə başlayır və yalnız fəaliyyətə başladıqdan 18-24 ay sonra bu dövr ərzində yığılmış əməliyyat xərclərini tam ödəyir.
Qoyulan investisiyanı tam şəkildə geri qaytarmaq isə mağazanın işə başladığı gündən etibarən təxminən 3-4 il çəkir.Beləliklə, şəbəkəni genişləndirmək və yeni marketlər açmaq üçün daimi investisiyalara ehtiyac olduğunu nəzərə almaq vacibdir. 2018-ci ilin əvvəlində BRAVO şəbəkəsi 7 mağaza və 20.000 kv/m pərakəndə satış sahəsindən ibarət idi, bu gün isə 71 mağaza və 83.000 kv/m ərazi ilə xidmət edir. Peşəkar investor və analitiklər şübhə etmir ki, emissiya prospektində elan olunan mənfi maliyyə nəticələri sürpriz yox, aqressiv böyümə strategiyasının nəticəsidir. Azərbaycanda "müasir qida pərakəndəçiliyi" üzrə ümumi bazar payı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq göstəricilərindən geri qalır. Bu da öz növbəsində bizim şəbəkəmizi genişləndirmək və bazar payını qorumaq strategiyamızı izah edir.
Son 3 il ərzində biz “Azərbaycan Supermarket” MMC-nin əməliyyat mənfəətinin (EBITDA) artımını müşahidə etmişik. 2020-ci il 2019-cu ildən 50% yüksək olmaqla həm 2019, həm də 2020-ci illərdə müsbət əməliyyat mənfəəti qeydə alınıb.
Əməliyyat marjası (EBITDA-in satışa nisbəti) da illər ərzində artmışdır (2019 -cu ilə nisbətən 2020-ci ildə 20% artım). Bu nailiyyət, satış marjasının hər il artması və böyümə nəticəsində idarəetmə xərclərinin satışa nisbətdə optimallaşdırılması sayəsində mümkün olmuşdur. Əməliyyat marjasını (faizlə) artırmaq üçün hələ də imkanlarımız var və bu məqsədimizə çatmaq üçün hazırda bir sıra təşəbbüslər həyata keçiririk.
Emissiya prospektində qeyd olunan maliyyə zərərlərinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tətbiqi ciddi təsir etmişdir. Bu təsir özünü təsisçilər tərəfindən əslində faizsiz verilmiş borclara faiz xərclərinin hesablanması, habelə 16 saylı MHBS-nın tələbinə uyğun olaraq mağazaların icarə müqavilələrinin uzunmüddətli öhdəlik kimi tanınması şəklində göstərir. Bunlar biznes perspektivindən baxıldıqda real xərclər deyil. Hər iki dəyişiklik balans hesabatında xalis aktivlərin məbləğinə müsbət təsir göstərsə də, mənfəət və zərər haqqında hesabatda mənfi rəqəmlərlə əks olunur. Menecment uçotu və əməliyyatlar baxımından bu xərclər müəssisənin cari maliyyə vəziyyətini tam əks etdirmir.
Sənəddə göstərilən öhdəliklərə gəldikdə isə onların sadəcə 20 faizi biznes əməliyyatları ilə bağlıdır. Bizim cari aktivlərimiz (nağd vəsaitlər, mallar və s) sözügedən öhdəlikləri demək olar ki, 2 dəfə üstələyir ki, bu da əməliyyat likvidliyinin bariz nümunəsidir. Qalan öhdəliklər təsisçilərə olan borc və 16 saylı MHBS–na əsasən yaradılmış uzunmüddətli icarə öhdəlikləridir. Qeyd etmək lazımdır ki, təsisçilərə olan borc da öz növbəsində mahiyyət etibarilə kapitalın bir növüdür.
Daha əvvəl qeyd olunduğu kimi, əməliyyat likvidliyimizin müsbət olmasına baxmayaraq, biz inkişaf planımızı dəstəkləmək üçün tələb olunan invesitisya xərclərinin maliyyələşmə mənbələrini şaxələndirməyi planlaşdırırıq. Bu məqsədlə də şirkətin əməliyyat gəlirləri və təsisçilərin vəsaitindən əlavə olaraq kapital bazarlarının imkanlarından da istifadə etməyi düşünürük. İnanırıq ki, bu yanaşma Azərbaycan hökumətinin “strateji yol xəritəsi”-nə uyğun olmaqla yerli kapital bazarlarının inkişafına töhfə verəcək".
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR
Son Xəbərlər

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Ən çox oxunanlar

"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR

Azərbaycanın Avropa Bankından cəlb etdiyi borc 13 %-dən çox azalıb

“Ümid-Babək” yatağında qiymətləndirmə quyusunun qazılması bu ilin sentyabrına planlaşdırılıb

Amazon-un satışları və mənfəəti artıb

Azər Türk Bankdan müştərilər üçün yeni cashback

Sabahın hava proqnozu açıqlanıb
