"Dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir"
Burada böyük torpaq işləri aparmaqla hava limanının tikilməsi mümkündür.
Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar.
Qeyd edilib ki, Laçın rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın Hava Limanın inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qoyulur. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq.
Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq. Kəlbəcər və Laçın rayonlarında, - mən müharibə başa çatandan sonra elan etmişdim, - yer axtarılacaq və beynəlxalq hava limanları tikiləcək. Yerin axtarışı, əlbəttə ki, çox vaxt apardı. Çünki Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Baxmayaraq ki, hər iki rayonun çox geniş ərazisi var, - dağlar, meşələr, dərələr, təpələr, - düz yol, düz yer demək olar ki, yoxdur. Yeganə bu yer seçildi ki, burada yenə də böyük torpaq işləri aparmaqla hava limanının tikilməsi mümkündür. Hava limanının zolağı bax, arxamdakı yerdə olacaq, indi bunu təsəvvür etmək belə çətindir. Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Dediyim kimi, burada böyük torpaq işləri aparılacaq. Bəzi bəzi boşluqlar doldurulacaq. Yəni, torpaq işləri vaxtımızı aparan əsas işlər olacaqdır.
O ki qaldı, uçuş-enmə zolağına, o da standart ölçüdə olmalıdır. Yeni inşa edilən və ediləcək hər üç hava limanında uçuş-enmə zolağı üç kilometrə bərabərdir. Yəni, bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək.
Beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. İndi demək çətindir, bu inşaat nə qədər zaman aparacaq. Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa müddətdə aparılsın. Lakin bildirmək istəyirəm ki, mal-materialların gətirilməsi üçün logistik problemlər var. İndi yay başa çatır, bir müddətdən – oktyabr ayından sonra buralarda qar yağacaq. Mən bunu demək istəməzdim - yollardan istifadə çətinləşəcək. Hər halda, bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir. Bizimlə bərabər, böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.
Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək.
Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını, laçınlıları, kəlbəcərliləri, bütün keçmiş köçkünləri ürəkdən təbrik edirəm”.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PASHA Real Estate" yeni dənizkənarı özəl yaşayış kompleksini – "Mardi Mekan" layihəsini təqdim etdi

“Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Mazda Azərbaycandan eksklüziv kampaniya - 2000 L benzin, KASKO, qeydiyyat xərcləri HƏDİYYƏ olunur!
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıda yeni dənizkənarı özəl yaşayış kompleksi - 46 eksklüziv villa
-
6 saat əvvəl
“Konstromat” şirkəti 38 milyon manatlıq satışdan 4,4 milyon manat xalis mənfəət təmin edə bilib
-
7 saat əvvəl
Azərbaycan və Pakistan anlaşdı - İnvestisiya əməkdaşlığı nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
Sabah Bakıda fasilələrlə yağış yağacağı, rayonlarda dolu düşəcəyi ehtimalı var
Son Xəbərlər

Mazda Azərbaycandan eksklüziv kampaniya - 2000 L benzin, KASKO, qeydiyyat xərcləri HƏDİYYƏ olunur!

Azərbaycanda ən böyük mavigilə təsərrüfatı məhsulun 80 faizini MDB və Körfəz ölkələrinə göndərir

Rövşən Rüstəmov əfqanlar ilə əməkdaşlığı müzakirə edib

"AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu

“Konstromat” şirkəti 38 milyon manatlıq satışdan 4,4 milyon manat xalis mənfəət təmin edə bilib

Bir sıra kolleclərə yeni rəhbər təyin olunub

Sahələrdən 2,2 milyon tondan çox məhsul yığılıb

Şəkidəki əmlak kompleksi hərraca çıxarılacaq

"OPEC+ hasilatın artırılmasını daha da sürətləndirəcək"

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

İcbari tibbi sığorta üzrə daxilolmalar 12 faizə yaxın artıb - 6 ayda 544 milyon manat yığılıb
