Gözü zəlil edən eynəklər
Keyfiyyətsiz günəş eynəkləri gözdə xərçəng xəstəliyi də yarada bilər
Ultrabönəvşəyi şüaların zərərli təsirindən qorunma ehtiyacının yaranması hələ XII əsrdə çinlilər tərəfindən ilk Günəş eynəklərinin ixtira edilməsinə səbəb oldu. 1800-cü illərdə müxtəlif formalı eynəklər meydana çıxsa da, onlar indiki kimi dəbli deyildi, həm də hələ tam kütləviləşməmişdi. XX əsrə qədər indi istifadə etdiyimiz dəbli eynəklər olmayıb. Ticarət məqsədilə ilk eynəklər ABŞ-da 1929-cu ildə istehsal edilərək satılmağa başlanılıb. Ucuz qiymətə satılan həmin eynəklər qısa müddətdə kütləviləşərək insanların sevimli aksessuarına çevrilib. Zaman keçdikcə gün eynəklərinin həm forması, həm də şüşələri təkmilləşdirildi və müasir, dəbli formada istehsal olunmağa başlandı.
Günəş eynəklərinin yalnız ultrabənövşəyi şüalardan qorunma vasitəsi kimi deyil, həm də moda aksessuarı kimi populyarlaşması ona tələbatın getdikcə artmasına səbəb oldu. Artıq müasir dövrün insanları üçün gün eynəkləri onların geyimini, görünüşünü tamamlayan bir aksessuardır. Hazırda dünya üzrə günəş eynəklərinin əsas alıcıları yeniyetmələr və gənclərdir.
Dünyada günəş eynəklərinin satışından ən çox gəlir əldə edən ölkə isə Amerika Birləşmiş Ştatlarıdır. 2018-ci ildə ABŞ-ın bu sahədən gəliri 4.66 milyard dollardan çox olub.
Ucuz eynəklər problem yaradır
Yayda ultrabənövşəyi şüaların sayının payız-qış mövsümünə nisbətən üç dəfədən çox olması, Azərbaycanda isə bu mövsümün günəşli keçməsi ölkəmizdə isti aylarda günəş eynəklərindən istifadəni zəruri edir.
Azərbaycanda yay günlərində demək olar ki, hər kəsin eynəklərdən istifadə etdiyini görmək olar. Kimin hansı eynəkdən istifadə etməsinə gəldikdə isə, bu həm düşüncəyə, həm maddi imkana, həm də zövqə bağlı məsələdir.
Bəzi insanlar üçün günəş eynəyinin əsas funksiyası gözü zərərli ultrabənövşəyi şüalardan qorumaq olduğu üçün onlar bacardıqları qədər keyfiyyətli, standartlara cavab verən optik şüşəsi olan eynəklər almağa çalışırlar. Belə eynəklər adətən apteklərdə, xüsusi optik mağazalarda satılır. Lakin bəzi şəxslər üçün eynəyin keyfiyyəti önəmli deyil. Onlar üçün əsas məsələ görünüş olduğundan keyfiyyət fərqinə vamayaraq zövqlərinə uyğun gələn eynəkləri alırlar.
Bu gün tələbat yüksək olduğundan Bakıda fərqli qiymətlərə müxtəlif cür eynəklər satılır. Satışda olan eynəklər arasında qiyməti hətta 2-3 manata olanlar da var. Təbii ki, hər bir eynəyin, eləcə də 2-3 manatlıq eynəklərin özünün alıcısı olur.
Optik mağaza satıcısı Sevil Məmmədova deyir ki, eynəklərin qiymətləri onun şüşələrinin və çərçivələrinin materiallarından asılı olaraq dəyişir. Şüşələr əsasən Rusiya, Türkiyə, Almaniya, Fransa istehsalı olur. Türkiyə və Fransa istehsalı olan şüşələr ultrabənövşəyi şüaları 90 faiz geri qaytardığından onları almaq daha məsləhətlidir. Bu şüşələr həm də çox incə olduqları üçün zərif görünürlər: “Xamelyon (Fotoxrom) şüşələr çox məsləhətlidir. Onların qiymətləri 50 manatdan 150 manata kimi dəyişir. Adi şüşələrin qiyməti isə 15 manata olur. Optik mağazadan eynək alan alıcıya istehsalçının keyfiyyət sertifikatı da təqdim edilir”.
Eynəklər testdən keçirilməlidir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, eynəklərin bahalı olması onun keyfiyyətinin yüksəkliyindən xəbər vermir. Çünki bahalı eynəklər arasında da saxtaları olur. Buna görə də eynək alarkən onun mənşə sertifikatı tələb edilməlidir: “Keyfiyyətsiz eynəklərin heç bir standartı mövcud deyil, onların göz üçün uyğun olub-olmadığını yoxlayanlar da yoxdur. Keyfiyyətsiz eynəklər yalnız Azərbaycanda deyil, ən inkişaf etmiş ölkələrdə belə satılır. Mən dəfələrlə xarici ölkələrdə bu cür eynəklərin satıldığını görmüşəm”.
Ekspert hesab edir ki, eynəklər satılan zaman mütləq şəkildə testdən keçirilməlidir. Polaroid eynəkləri xüsusi test vasitəsilə necə yoxlamaq mümkündürsə, digər eynəkləri də yoxlamaq üçün belə testlər hazırlanmalıdır.
Eynəyin keyfiyyətini müəyyənləşdirmək çətin olsa da, bəzi xüsusiyyətlərinə görə bunu ayırd etmək mümkündür. Məsələn, qəhvəyi rəngli eynək taxılarsa və o, keyfiyyətlidirsə, onda ətrafda olan əşyaların hamısı həmin rəngdə deyil, öz rəngində görünəcək. Eynək keyfiyyətsiz olduqda isə əşyaların hamısının rəngi qəhvəyi olacaq. Keyfiyyəti yoxlamağın başqa bir yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu, bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı-aşağı, sağa-sola hərəkət etdirəndə bu xətdə oynama və ya qırılmalar olursa, onda bu, həmin eynəyin keyfiyyətində problemin olduğunu deməyə əsas verir.
Gözlərinizi bilərəkdən korluğa sürükləməyin
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat metodiki bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın sözlərinə görə, ucuz qiymətə satılan eynəklərin şüşələri orqanik olmur, onlar plastik, yüksək şüa qəbul edən materiallardan hazırlanır. Əksəriyyəti Çində istehsal olunan belə eynəklərin şüşələrində xüsusi qoruyucu örtüklər olmadığından gözü şüalardan orijinal eynəklər kimi qorumur. Ucuz eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz baxdığı obyekti yaxşı fokuslaya bilmir və bunun nəticəsində beyin çətinliklə işləyir.
Oftalmoloq bildirir ki, eynək göz üçün zərərli olanda göz qızarır, sulanır və quruyur. Belə eynəklərin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba, daha sonra isə göz büllurunun bulanaraq görmənin zəifləməsinə səbəb olur.
Ucuz eynəkləri istifadə edən insanların yorğunluqdan, baş ağrılarından şikayət etdiyini deyən Yazgül Abdıyeva əlavə edir ki, belə keyfiyyətsiz eynəklər göz xəstəliklərinin artmasına səbəb olur. Bu eynəklər gözün bülluruna pis təsir edərək katarakt xəstəliyinin yaranmasına səbəb olur ki, onun da eynək və dərman vasitələri ilə müalicəsi mümkün deyil, çünki yetişmiş kataraktdan qurtulmanın yeganə yolu yalnız cərrahi əməliyyatdır. Keyfiyyətsiz eynəklər gözdə xərçəng xəstəliyinin yaranmasına da gətirib çıxarır. Oftalmoloq bildirir ki, belə halların baş verməməsi üçün həkimin tövsiyəsi əsasında düzgün diopteriyalı gün eynəyi alınmalıdır.
Mənşəyi məlum olmayan eynəklərin istifadəsinin gözə yalnız zərər verə biləcəyini vurğulayan həkim insanların əksəriyyətinin bunun fərqinə varmadığını açıqlayır.
Onun fikrincə, əhali arasında keyfiyyətsiz gün eynəklərinin orqanizmə ziyanları ilə bağlı xeyli məlumatsızlıq var. Buna görə də bu məsələ ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir.
Həkim eynəklərə qulluğun da çox önəmli olduğunu söyləyir. Mütəxəssis qeyd edir ki, gözə hər hansı virusun düşməməsi üçün istənilən növ eynəklər hər gün istifadədən əvvəl və sonra adi maye-sabunlu su ilə yuyulub təmizlənməlidir. Spirt tərkibli dezinfektantlar eynəklərdə müxtəlif məqsədlə təyin olunmuş örtükləri zədələyir. Odur ki yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir. Şüşəsi cızılmış eynək də artıq öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənovşəyi şüalar gözə təsir edə bilir. Buna görə də belə eynəklərdən istifadə məsləhət görülmür.
Eynəkləri hansı məqsədlə istifadə etməyimizdən, onu gözlərimizi günəş işığından qorumaq, yaxud görünüşümüzü tamamlamaq üçün taxmağımızdan asılı olmayaraq, məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməyimiz lazımdır. Əks halda bunun fəsadlarını illər sonra görəcəyik. Gözlərimizin qədrini bilib hər zaman keyfiyyətli eynək alarıqsa, o zaman kor ola bilmək təhükəsindən də qurtulmuş olarıq.
“Azərbaycan”
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
13 d. əvvəl
İlk 6 ayda Azərbaycanda 577 yol qəzası baş verib, 313 nəfər həlak olub
-
44 d. əvvəl
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – Video
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
52 d. əvvəl
Azərbaycan şirkəti Özbəkistan və Qırğızıstana balıq yemi məhsulu ixrac edir
-
1 saat əvvəl
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandakı kiçik və orta biznesdən 48 milyard manatlıq dövriyyə
- 2 saat əvvəl
-
3 saat əvvəl
Büdcədən təxminən 182 milyon manat fiziki və hüquqi şəxslərə geri qaytarılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Avtomobil lizinqi şirkəti 6 ayda 0,7 milyon manat xalis mənfəət əldə edib
-
4 saat əvvəl
Bank Yeni Gəncə filialının təmir-tikintisi üzrə tender elan edir
Son Xəbərlər

Kapital Bank “İş dünyasının Oskarı”na layiq görüldü

Azercell ilk 6 ayda 2,5 milyondan çox müraciət qəbul edib

Avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb
Ən çox oxunanlar

Bank Yeni Gəncə filialının təmir-tikintisi üzrə tender elan edir

“PAŞA Bank”ın idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Qlobal bazarlar Tramp-Putin görüşünü gözləyir -GÜNƏ BAXIŞ

Ödəniş sektoru şirkətləri kapital tələbini pozurlar - MƏRKƏZİ BANK GÖSTƏRİŞLƏR VERDİ

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb

Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb

Bitcoin-in qiyməti rekord səviyyəyə yüksəldi

Bina sakinləri lift ilə bağlı şikayət etdi, Ali Məhkəmə qərar qəbul etdi - Qadağa qoyula bilməz
