"Yanvarın sonundan kredit müraciətlərində artım hiss edilir" - MÜSAHİBƏ
“AccessBank”ın Mikro və Aqro Kreditlər Departamentinin rəhbəri Renat Hümbətov ilə müsahibə
-Renat müəllim, pandemiya dövründən sonra bir qədər sabitləşmə müşahidə olunur. Hazırda sahibkarların kredit aktivliyi nə səviyyədədir?
Müştərilər sərt karantin zamanı bizneslərini inkişaf etdirib artırmağa risk etmirdilər. Lakin məhdudiyyətlər qismən yumşaldılandan sonra, bu ilin yanvar ayının sonundan başlayaraq kredit müraciətlərində artım hiss edilir. Belə yüksək göstəricilər adi illərdə heç də mövsümi dövr sayılmayan fevralda əldə olunub.
-Bəs banklar üçün mövsümi aylar hansılardır?
Yazda mart-aprel və payızda sentyabr-noyabr aylarında kreditə tələbatın artdığı və bankların aktivliyin yüksək olduğu aylar sayılır. Aydındır ki, bu il vəziyyət yuxarıda göstərilən səbəblərə görə bir qədər fərqlidir.
-Ən çox kredit müraciətləri hansı sahələrdən daxil olur? Hansı sektorlarda aktivlik daha yüksəkdir?
Bizim mikrokredit portfelinin 40%-ni kənd təsərrüfatı, 60%-ni isə digər sektorlar təşkil edir.
Bu gün ölkənin kənd təsərrüfatı sektoru çox fəaldır və dövlətin böyük dəstəyi buna təkan verir. "
Biznes kreditlərinə gəldikdə tikinti avadanlıqlarının alışına maraq yükdəkdir. Çünki hazırda işğaldan azad olunmuş torpaqlarda infrastrukturun yaradılması işləri gedir. Mövsüm dəyişikliyi ilə əlaqəli geyim satışı sektoru üzrə də kredit müraciətləri artıb. Bəli, böyük ticarət mərkəzləri bağlı olsalar da, onlar müştərilərinə onlayn şəkildə xidmət göstərir və malları sifarişlə çatdırırlar. Paytaxtda və bölgələrdə fərdi şəkildə fəaliyyət göstərən geyim mağazaları isə adi rejimdə işləyir və kredit üçün bizə müraciət edirlər.
-Bəs ənənəvi biznes kreditlərinizi hansı faizlə əldə etmək olar? Bu kreditlər ilə bağlı şərtlər dəyişibmi?
Bu, kreditin müddəti və məbləğindən, eləcə də müştərinin yeni və təkrar olmasından asılıdır. Verilən kreditin məbləğı artdıqca faiz dərəcəsi də azalır - yəni verilən kreditin məbləğı nə qədər çox olarsa, faiz dərəcəsi də o qədər aşağı olur. Daimi müştərilərə krediti daha aşağı faizlə təklif edirik, çünki onlarla öncədən əməkdaşlıq etmişik. Təkrar müştərilər bizə ilk dəfə müraciət etdikdə seçim mərhələlərindən artıq keçirlər. Yəni biz sadiq müştərilərimizi digərlərindən fərqləndirirk. Ümumilikdə, bizdə faizlər 15%-dən başlayır. Mikro kreditlərdə maksimum məbləğ 100 min manatdır.
-Azərbaycanda bir qədər əvvəl aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Onun vasitəsilə fermerlər və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar təsərrüfatlarını - əkin sahələri və heyvanlarını sığorta edə bilirlər. Bu sığortanın olması kənd təsərrüfatına kredit verən bank üçün təminat rolunu oynaya bilərmi?
Kənd təsərrüfatında ən böyük riskin əkinin yanması və ya heyvanların tələfatı ilə əlaqəli olduğunu nəzərə alaraq, yeni aqrar sığorta mexanizminin yaradılması bizim üçün əlavə üstünlükdür. Bankın sığortalı fermerə kredit verməsi daha da asanlaşacaq, çünki bank əmin olacaq ki, müştərisi fors-major vəziyyətində borclarını ödəyə biləcək.
-“AccessBank” pandemiya dövründə müştərilərinin kreditlərini restrukturizasiya etdi. Sahibkarlara daha hansı yardımlar göstərildi?
Pandemiya dövründə restrukturizasiya ilə yanaşı, kredit verməyə də davam edirdik və bununla da sahibkarların biznes layihələrini həyata keçirmələrinə dəstək olurduq. Ölkədə karantin tədbirləri ilə əlaqədar hiss olunan qeyri-müəyyənliyə baxmayaraq, qərar verdik ki, bu, maliyyələşdirməni sərtləşdirmək üçün səbəb deyil.
Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən göstərilən dəstəyi ayrıca qeyd etmək istərdim. Dəstək proqramında Fondun agenti qismində çıxış etdik və tərəfimizdən 4.500 müraciət işlənildi. 2020-ci ilin mart ayından 2021-ci il martınadək mindən çox müştərimiz ödənilən faizin yarısına subsidiya aldı.
-Bəzən banklar bildirirlər ki, onların vəsaitləri var və onlar kredit vermək istəyirlər, amma “etibarlı” və ya “keyfiyyətli” müştəri tapa bilmirlər. Siz belə bir problemlə üzləşməmisizki?
Bilirsiniz, əgər müştəri kredit ödənişini gecikdirirsə, bu o demək deyil ki, o nümunəvi müştəri deyil. Nümunəvi olmayan müştərilər vəsaitləri olduqları halda, ödəniş etmək istəməyənlərdir. Bu kategoriyada müştərilər olduqça azdır, normal banklarda elə müştərilər yox dərəcəsindədir. Çünki biz kredit verməzdən əvvəl müştərini ciddi təhlil edirik. Özü də təkcə məsələnin maliyyə tərəfini deyil, həmçinin vətəndaşın şəxsi keyfiyyətləri də nəzərə alırıq. Bu səbəbdəndir ki, müştəri gecikmə etdikdə onun buna əsaslı səbəbləri olur.
-Bu il üçün kredit portfeli və bankda yeni istiqamətlər də daxil olmaqla, hədəfləriniz nədir?
Bu il üçün hədəflərimiz böyükdür – kredit portfelinin artırılması, yeni müştərilərin cəlbi, əməliyyat dövriyyəsinin artırılması və biznes proseslərinin rəqəmsallaşdırılması. Təklif etdiyimiz kreditlər fərdi sahibkarlar üçün nəzərdə tutulub. Onlar Bankın fərqli məhsullarından da istifadə edirlər – burada əmək haqqı layihələri, xarici və daxili pul köçürmələri və s. yer alır. Bütün bu proseslər bir-birinə bağlı olduğu üçün hər istiqamətdə artım gözləyirik.
-Bu il ən çox hansı sahələrdə biznesin genişlənməsini gözləyirsiniz?
Biz bir neçə istiqamətdə artım gözləyirik. Bunlardan birincisi tikintidir, çünki işğaldan azad olunan torpaqlarda infrastrukturun yaradılması tikinti sektorunu inkişaf etdirəcək. Tikinti sektorunun inkişafı öz növbəsində bu sahə ilə əlaqəli digər istiqamətlərə də müsbət təsir göstərir. Nəticədə bu, daha çox texnika, xammal və tikinti materiallarının satışına, işçi qüvvəsinin artımına səbəb olacaq.
İkinci böyük artımı biz kənd təsərrüfatında gözləyirik. Biz hər il kənd təsərrüfatında yeniliklər və islahatlara şahidlik edirik, həmçinin sahibkarların özləri də bu sahəyə getdikcə daha çox diqqət yetirirlər.
Müştərilərin xəbərləri
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
25 d. əvvəl
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
-
38 d. əvvəl
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
-
-
40 d. əvvəl
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
-
44 d. əvvəl
İllik gəlirlilik 15%, müddət 18 aydır - 20 oktyabrda satışa çıxarılır
-
58 d. əvvəl
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI
Ən çox oxunanlar
Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! ®
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb
Azərbaycanda neftin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalı az qiymətləndirilir
Rəsmi məzənnələr açıqlandı






















