"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"
Ekspert: Dərnəgüldə yüksək icarə və daşıma xərcləri qiymətləri artırır. Dərnəgülün itirdiyi üstünlük Lökbatanda var – Tikinti materialları ucuzlaşa bilər. Yeni tikinti bazarında 2000-dən çox sahibkar fəaliyyət göstərir. Yeni ticarət məkanının üstünlükləri.Tikinti materialları bazarının Dərnəgüldən “Abşeron” Ticarət Mərkəzinə köçməsi qiymətlərə təsir edəcək.
Bunu əmlak və tikinti sektoru üzrə ekspert Firdovsi Xəlilov bildirib.
Ekspertin sözlərinə görə, Dərnəgülün əsas üstünlüyü ağır yükləri qəbul edən Keşlə stansiyasına yaxınlığı idi. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq və bu stansiyaları sərnişin daşınmaya yönəltmək addımları yük stansiyalarının Lokbatana köçürülməsi ilə nəticələndi və Dərnəgül bu üstünlüyü itirdi. İndi yük maşınları şəhər mərkəzindən keçir, tıxac çatdırılmanı gecikdirir. Müştəri vaxt itirir, daşıma xərci isə malın qiymətinə əlavə olunur.
“Taxta, dəmir, tikinti daşı kimi ağır materiallar satılan yer yük dəmiryoluna yaxın olmalıdır. “Abşeron” Ticarət Mərkəzi Lökbatandakı yük stansiyasının yaxınlığındadır. Materialın qiymətindəki yüksək və gərəksiz xərc elə ağır yükün stansiyadan bazara daşınmasındadır. Bu xərc azalanda qiymət də düşür”, – F.Xəlilov deyib.

Ekspert bildirib ki, Dərnəgül artıq paytaxtın mərkəzi hissəsinə çevrilib və icarə haqları da buna uyğun bahadır. “Abşeron” Ticarət Mərkəzində isə icarə iki-üç dəfə ucuzdur. İcarəyə az xərcləyən satıcı malı da sərfəli qiymətə təklif edə bilir.
F.Xəlilovun sözlərinə görə, yeni məkanda 2000-dən çox sahibkar fəaliyyət göstərir, burada həm yerli, həm də xarici istehsal olan geniş çeşid təklif olunur.
“Alıcı üçün bir yerdə çox seçimin olması həm vaxta, həm də pula qənaətdir. Qiymətləri yerindəcə müqayisə edib ən sərfəlisini seçə bilir”, – ekspert əlavə edib.
Müştərilərin xəbərləri
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat sonra
- 21 d. əvvəl
-
-
27 d. əvvəl
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
-
53 d. əvvəl
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"
-
1 saat əvvəl
Ağdamda yeni şirkət: Un istehsalı həyata keçiriləcək - 12 milyon manatlıq layihə
-
1 saat əvvəl
19 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
“AccessBank”ın kredit portfeli 1,4 milyard manatı ötüb – Biznes kreditləri 1 milyard manatdan çoxdur
-
2 saat əvvəl
Unibankın biznes kreditləri 32% artıb – Kredit portfeli 1,5 milyard manatı keçib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Konserv istehsalçısına yeni icraçı direktor seçiləcək
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
“Yelo Bank”ın kredit portfeli 1 milyard 150 milyon manatı keçib – Ən böyük artım biznes kreditlərindədir
"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"
Ən çox oxunanlar
“AccessBank”ın kredit portfeli 1,4 milyard manatı ötüb – Biznes kreditləri 1 milyard manatdan çoxdur
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir
“PAŞA Bank” 134 milyon manata yaxın xalis mənfəət açıqladı
“Xalq Bank”ın kredit portfeli böyüyüb, 1,9 milyard manatı ötüb

























