2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
İşəgötürənlər üçün əlavə sosial təminat: Korporativ həyat sığortası nə qazandırır?Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşlar üçün əlavə üstünlüklər və sosial təminat imkanlarını nəzərdən keçirmək baxımından uyğun vaxtdır. Bu çərçivədə PAŞA Həyatın korporativ həyat sığortası şirkətlərin HR-benefit paketinə daxil edə biləcəyi həllərdən biri kimi çıxış edir.
Korporativ həyat sığortası əməkdaşların həyat və sağlamlığı ilə bağlı gözlənilməz risklər zamanı maliyyə müdafiəsini gücləndirməyə, eyni zamanda şirkətin əməkdaşlara təqdim etdiyi sosial təminat paketini genişləndirməyə imkan verir. Sığorta təminatlarına 7 və daha çox kritik xəstəlik, ölüm və əlillik kimi riskləri əhatə edə bilər.
Şirkətlər üçün bu niyə faydalıdır?
Əməkdaşlara əlavə sosial təminat təqdim edilməsi işəgötürənin əməkdaş rifahına yanaşmasını nümayiş etdirə, şirkətin işəgötürən brendini gücləndirə və əməkdaşların şirkətdə uzunmüddətli perspektivdə özlərini daha güvənli hiss etməsinə töhfə verə bilər.
Korporativ həyat sığortasının büdcə planlaması mərhələsində nəzərdən keçirilməsi şirkətlərə sığorta təminatının əhatə dairəsini, əməkdaşların sayını və şirkətin HR strategiyasına uyğun benefit modelini əvvəlcədən qiymətləndirmək imkanı verir.
Yeni il büdcəsi hazırlanarkən əməkdaş benefitlərinin ayrıca planlaşdırılması şirkətlərə yalnız cari ilin deyil, növbəti dövrün də insan kapitalı prioritetlərini daha sistemli şəkildə müəyyənləşdirməyə kömək edə bilər.
Daha ətraflı: Korporativ Həyat Sığortası | Korporativ Sığorta Kimlər Üçündür?
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 20 d. sonra
-
6 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
21 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 27 d. əvvəl
-
42 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
49 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
13%-lik istiqrazları 71 investor aldı



























