PAŞA Bank 2020-ci il üçün maliyyə nəticələrini açıqlayıb
PAŞA Bank aprel ayının 5-i keçirilən mətbuat konfransında 2020-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan “PASHA Bank Georgia” SC və “PAŞA Yatırım Bankası” A.Ş.-nin maliyyə nəticələrini açıqlayıb.
Tədbirdə Bankın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov və İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev məruzəçi qismində çıxış edib.
Qeyd edilib ki, PAŞA Bank, 2020-ci ildə də Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. Bank, şəffaf biznes təcrübələrini tətbiq edərək və ölkənin bank sahəsində şəffaflığın artırılmasına töhfə verərək korporativ və fərdi bankçılıq seqmentlərində yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyi hədəfləyir. Bankın 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsi olub. Bank, aktivlərini yüksək likvidlik və yarı-likvidlik dərəcəsinə görə diversifikasiya edərək gəlirlilik və risk arasındakı balansı təmin edib.
PAŞA Bank, 591 miylon 935 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2019: 560 milyon 056 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 6 milyard 111milyon 711 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12% artıb (2019: 5 milyard 440 milyon 439 min manat).
31 dekabr 2020-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 20%
Müştərilərə verilmiş kreditlər - 43%
Kredit Təşkilatlarına verilmiş kreditlər - 7%
Qiymətli kağızlar portfeli - 27%
Digər cari və uzunmüddətli aktivlər - 3%
PAŞA Bank 2020-ci ildə ümumi kredit portfelini 13% artıraraq 2 milyard 682 milyon 856 min manata (2019: 2 milyard 363 milyon 909 min manat) çatdırıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,76% (2019: 2,83%) təşkil edib. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 2020-ci ildə 4 milyard 91 milyon 379 min manata (2019: 3 milyard 788 milyon 941 min AZN) çatıb.
Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda müvafiq olaraq 66% və 34 % nisbətində cəmlənib (2019: 57% and 43%). Bank, 2020-ci maliyyə ili üçün 79 milyon 843 min manat xalis mənfəət (2019: 77 milyon 97 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 269 milyon 483 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur (2019: 251 milyon 385 min manat). Bankın faiz gəlirləri 267 milyon 295 min manata, qeyri-faiz gəlirləri 69, milyon 256 min manata çatıb. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 26% təşkil edib.
Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin “Standard & Poor's” Qlobal Reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank, institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib.
2020-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 347 milyon 4 min manat (2019: 453 milyon 712 min manat) təşkil edib. PAŞA Bank 2020-ci ildə sərmayə yetərlilik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 15.5% təşkil etdiyini açıqlayıb (2019: 11.9%). Bank, “Basel II” və “Basel III” dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.
*Əksi göstərilmədikcə, bütün rəqəmlər 31 dekabr 2020-ci il tarixi etibarilə təqdim edilib və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanıb.
Müştərilərin xəbərləri
PAŞA Kapital ilə illik 10.5% gəlirli “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti ®
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
43 d. əvvəl
"Epoint" nizamnamə kapitalını 1 milyon 275 min 191 manata çatdırıb
-
1 saat əvvəl
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
-
2 saat əvvəl
Azərbaycanda qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır
-
2 saat əvvəl
“Azeronline”dan növbəti ilk: müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Çəltik sahələrinin sığortası davam edir – ŞƏRTLƏR, MƏBLƏĞLƏR – SON 10 GÜN!
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Avqustun 12-də gözlənilən hava şəraiti
500 milyard dollarlıq maliyyələşdirmə planı qurur
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
PAŞA Kapital ilə illik 10.5% gəlirli “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti ®
Azərbaycanda daha bir aqropark yaradılıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzlə bağlı razılaşmaya ümidlərin azalması fonunda kəskin bahalaşan neft bu gün sabitləşib























