Komitə “Kristal Abşeron”un kompleksinin sakinlərinə "kupça" təqdim edib
Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası davam edir.
Budəfəki, “Kütləvi çıxarış” kampaniyasından Sumqayıtda yerləşən “Kristal Abşeron”a məxsus 5 hündürmərtəbəli binadan ibarət yaşayış kompleksinin sakinləri yararlanıb.
Mayın 5-də baş tutan bu kampaniya hər biri 1 bloklu 12 mərtəbəli yaşayış binalarının həyətində, sakinlərin bir başa ünvanında keçirilib.
Ümumilikdə 91 mənzilli yaşayış kompleksinin həyətində komitənin mobil ofisləri vasitəsilə 60-a yaxın mənzil sahibinə hazır çıxarışlar təqdim edilib. Qalanlarından isə çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib, onlara hüquqi yardım göstərilib.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Sakinlərə çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Həmin sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olan vətəndaşların suallarını komitənin əmkdaşları cavablandırıb. Çıxarışların vətəndaşlara ünvanlarında təqdim olunması onlar üçün daha optimal şərait yaradır.
Beləki, bu həm məişət həm də də işgüzar fəaliyyətini yerinə yetirməsi üçün bina sakinlərinə əlavə zaman qazandırır. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər. Qeyd edilməlidir ki, hündürmərtəbəli binalarda cari ildə 3 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Kampaniya Bakının bir neçə rayonunda və Abşeronda baş tutub. Ümumilkdə 200-ə yaxın vətəndaşa çıxarışlar təqdim olunub, 300-dən çox şəxsdən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.
Belə tədbirlər daşınmaz əmlakın qeydiyyatı prosedurlarını minumuma endirməklə vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət edir. Nəzərə alsaq ki, Azərbaycanın, xüsusilə də paytaxt Bakının daşınmaz əmlak bazarında çoxmərtəbəli binalardakı mənzillərin payı sürətlə artmaqda, belə mənzillərin sakinlərinin sayı çoxalmaqdadır. Buna görə də həmin mənzillərin dövlət qeydiyyatı və çıxarışla təmin olunması xüsusi əhəmiyyət daşıyır.
Çox mərtəbəli binaların mənzillərinin çıxarışla təmin olunması iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Çıxarışın verilməsi həmin əmlak üzərində hüquqların dövlət tərəfindən tanınması deməkdir. Bu da vətəndaşlarda belə evləri almaqda hər hansı bir maneənin olmamasına əminlik yaradır.
Kütləvi qaydada çıxarışların verilməsi ilə vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması daşınmaz əmlak bazarına da öz müsbət təsirini göstərir. Belə ki, sənədli və dövlət qeydiyyatdan keçmiş əmlaklar bu bazarda aktivliyə, əmlakla bağlı hüquqi əməliyyatların çoxalmasına səbəb olur. Başqa sözlə, həmin mənzillər alqı-satqı proseslərinə cəlb oluna, girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.
Yeni tikili binaların mənzillərinə çıxarış əldə etmək üçün binanın istismara qəbul aktı, protokoldan çıxarış və maliyyə arayışı lazımdır. Vətəndaşlar yuxarıda sadalanan sənədləri komitənin əməkdaşlarına təqdim etməklə birbaşa ünvanlarda hazır çıxarış əldə edə bilərlər.
DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Komitənin mobil ofis xidmətləri də gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir. Bu xidmətlərin həyata keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.
Xatırladaq ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 4 saat sonra
-
5 d. əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 9 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 48 d. əvvəl
-
52 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
"Əsas suallardan biri “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağıdır"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Ən çox oxunanlar
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 30 GÜN







.jpg)




.jpg)








