Azərbaycan Yaponiya mətbəxində inqilabi dəyişiklik edə bilər
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Azərbaycan deyəndə ilk olaraq neft başa düşüldüyünü, bu stereotipi dəyişməyin mümükün olduğunu bildirir:
“Bu stereotipi dəyişməkdən ötrü Yevlaxda baş tutan müşavirədə Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Bunlardan biri də ondan ibarətdir ki, 3-4 il ərzində Azərbaycan yerli istehsal hesabına özünün təminatını maksimum dərəcəyə çatdırmalı, eyni zamanda xarici bazara məhsullar çıxarmalıdır. İkincisi, iş adamlarına şərait yaratmaq lazımdır ki, onlar öz məhsullarını Azərbaycandan kənara sərbəst surətdə çıxarsınlar. Azərbaycan üçün “Made in Azerbaijan” brendi bir neçə istiqamətdə formalaşıb. Bir sıra kənd təsərrüfatı məhsulları dadına və keyfiyyətinə görə ölkəmizə gələn xaricilərin diqqətini cəlb edir. Məsələn, qoz-fındıq deyəndə həmişə Yunanıstan yada düşür. Amma mənim alman həmkarlarım Azərbaycana gələndə bizim süfrədəki qoz-fındığı yeyir və deyirlər ki, sizin məhsulun dadını Yunanıstanın qoz-fındığı ilə heç müqayisə də etmək olmaz. Belə olduğu halda, biz niyə bu sərvətimizdən düzgün istifadə etməyək?! Sevindirici haldır ki, artıq bu istiqamətdə işlər başlayıb”.
0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!
Deputat Ə.Məsimli, həmçinin dünyanın bir çox yerində nar yetişdirildiyini, amma onun adının nar, özünün nar olmadığını dedi:
“Əsl nardan söhbət gedirsə, Göyçay, Bığır narı yada düşür. Bunu yaxşı reklam edə bilsək, nar həm faydasına, həm də unikal bir meyvə olduğuna görə, hesab edirəm ki, Azərbaycan üçün dünya bazarına çox ciddi bir xətt aça bilər. Azərbaycanın aidiyyəti orqanları elmi cəhətdən əsaslandırılmış, çox dəqiq tədqiqatlar aparmalıdır. Hansı ölkələrin mətbəxinin menyusuna ölkəmiz rəqabət qabiliyyəti ilə çıxa bilər. Elə ölkələr var ki, orada pomidor üstünlük təşkil edir. Azərbaycanın pomidoru əksər ölkələrin pomidorundan dadlı və keyfiyyətlidir. Bundan başqa, bəzi ölkələrin mətbəxlərində balıq yeməkləri üstünlük təşkil edir. Məsələn, yaponların mətbəxində balıq məhsulları çoxluq təşkil edir. Amma bu yeməklərə əlavə üçün süfrəyə qoyulan ədviyyatlar Azərbaycanın narşərabına çata bilməz. Ona görə də Azərbaycan Yaponiya mətbəxinin dadının gözəlləşməsində inqilabi dəyişiklik edə bilər. Qabaqcıl texnologiya onlardan, nar və yüksək keyfiyyətli narşərab bizdən. Bu gün Azərbaycandan narşərab almaq üçün xaricdən müraciətlər edirlər. Amma mövcud istehsal daxili tələbatı ancaq ödəyir. İstehsalı genişləndirməliyik ki, həm daxili tələbatı ödəyək, həm də xarici bazara çıxa bilək”.
Azərbaycanın neft-kimya məhsullarının dünya bazarına çıxarılması üçün böyük imkanların olduğunu deyən deputat bu imkanlardan geniş formada istifadə etməyin mümkün olduğunu vurğuladı. Bildirdi ki, konyak deyəndə erməni konyakı, çaxır deyəndə fransız çaxırı yada düşür. Amma Azərbaycanın imkanı var ki, bu stereotipləri sındırsın:
“Səhv etmirəmsə, Kürdəmir rayonu tərəfdə kiçik bir üzüm sahəsi var. Oranın üzümündən hazırlanan şampan dünyanın heç bir yerində yoxdur. Turizmin inkişafı da Azərbaycan məhsulunun xaricə çıxarılmasında böyük rol oynayır. Çünki biri var məhsulu hansısa nəqliyyat vasitəsilə xaricə çıxarasan, biri də var, turist özü gəlib onu Azərbaycandan alsın. Birinci növbədə turizmdəki qiymətləri endirməliyik ki, heç olmasa regionda rəqabəti udaq. Həmçinin biz məhsulun maya dəyərini aşağı sala bilsək, ipəkdən olan xalçaları da dünya bazarına çıxara bilərik. Digər bir misal, Türkiyənin tatlıları ilə Şəki halvasını yan-yana qoysaq, mənə elə gəlir ki, Şəki halvası xeyli dərəcədə üstünlük qazana bilər”.
İqtisadçı ekspertlərin sözlərinə görə, bütün bunların hamısını həyata keçirmək üçün ölkəmizdə yaxşı potensial var. Sadəcə olaraq istehsal sahələrində çalışan sahibkarlara davamlı dəstək vermək, məhsulların təbliği və təqdimatını genişləndirməliyik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















