“Bank of Baku”, müstəqil auditorun rəy verdiyi maliyyə vəziyyətini açıqladı
“Bank of Baku” ASC 2019-cu il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarını dərc edib. Hesabatdan məlum olur ki, ötən il “Bank of Baku”nun yığılmış zərəri tamamilə bağlanmış, 2018-ci ildə minimal tələbdən aşağı olmuş cəmi kapitalı 2 dəfə artaraq tələbə artıqlaması ilə cavab vermiş, Bankın biznesi aktivləşmiş, müştərilərə verilmiş kreditlər artmış, kreditlərin artması ilə bankın gəlirləri də artmışdır.
XALİS MƏNFƏƏTİ KƏSKİN ARTIB
Marja “Baker Tilly Azerbaijan” audit şirkətinin rəy verdiyi hesabatlara istinadən xəbər verir ki, “Bank of Baku” 2019-cu ili 37 milyon 78 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 10 milyon 622 min manat və ya 40% artıb. “Bank of Baku” 2018-ci ili 26 milyon 456 min manat xalis mənfəət ilə başa vurmuşdur.
GƏLİRLƏR ARTIB
Ötən il Bank of Baku-nin faiz gəlirləri 3 milyon 10 min manat və ya 7,6% artaraq 42 milyon 380 min manat, haqq və komissiya gəlirləri isə 664 min manat və ya 11% artaraq 6 milyon 680 min manat təşkil edib .
KREDİT ZƏRƏRLƏRİ BƏRPA OLUNUB
Ötən il ehtimal olunan kredit zərərləri üzrə 24 milyon 139 min manat bərpa olunub. 2018-ci ildə 15 milyon 54 min manat bərpa olunmuşdu. Ötən il dövlət tərəfindən bir çox vətəndaşların dollar kreditlərinin ödənilməsi, vaxtı keçmiş kreditlərin restrukturizasiya edilməsi “Bank of Baku”da kredit zərərlərinin bərpasını təmin edib.
MƏCMU KAPİTALI MİNİMAL TƏLƏBƏ CAVAB VERİR
Kredit zərərlərinin bərpası ilə “Bank of Baku”nun yığılmış zərəri azalmış və nəticədə Bankın məcmu kapitalı minimal tələbi (50 milyon manat) üstələmişdir. 31 dekabr 2019-cu il tarixinə Bank məcmu kapitalı minimal tələbə cavab vermişdir. 2018-ci ilin sonunda 31 milyon 272 min manat təşkil etmiş məcmu kapital 2019-cu ilin sonunda 54 milyon 224 min manata çatıb.
31 dekabr 2019-cu il tarixinə Bankın Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasında hesablamalara əsasən Bankın cəmi kapitalı 75 milyon 404 min manat təşkil edib. Bu, 2018-ci ilin sonu ilə müqayisədə 2 dəfə çoxdur.
DÖVLƏTDƏN 103 MİLYON MANAT ALIB
Hesabatda qeyd edilib ki, 28 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalamışdır. Fərmana əsasən, Bank of Baku 103 milyon 358 min manat məbləğində vəsaiti birbaşa Maliyyə Nazirliyindən əldə etmişdir. Bu məbləğin 53 milyon 451 min manatı tamamilə dəyərsizləşən 46 min 200 borcalanın pərakəndə kredit borcları üzrə Bankın zərərlərinin kompensasiyasına yönəldilmiş və 49 milyon 906 min manatı isə 31 dekabr 2019-cu il tarixinə hökumətdən kompensasiya olaraq müştərilərə verilmişdir.
Bundan əlavə, Bank ARMB-dən əlverişli şərtlərlə 77 milyon 346 min manat məbləğində 5 il müddətinə 0.1% olmaqla kredit götürmüş və Fərmana əsasən vaxtı keçmiş 85 milyon 309 min manat məbləğində kreditləri restrukturizasiya etmişdir.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
Hesabatdan görünür ki, ötən il “Bank of Baku” böyüyüb. Beləki, 2018-ci illə müqayisədə ötən il Bankın cəmi aktivləri 84 milyon 525 min manat və ya 29% artaraq ilin sonunda 373 milyon 886 min manat təşkil edib. Aktivlərdəki artımın bir hissiəsi müştərilərə verilmiş kreditlərin artmasından qaynaqlanıb. Ötən il müştərilərə verilmiş kredilər 19 milyon 71 min manat artaraq ilin sonunda 222 milyon 226 min manata çatıb.
PUL VƏSAİTLƏRİ ARTIB
Ötən il “Bank of Baku”nun pul vəsaitləri 3,5 dəfə artaraq ilin sonunda 62 milyon 194 min manat təşkil edib.
BANKDA MÜŞTƏRİLƏRİN VƏSAİTLƏRİ ARTIB
2019-cu ildə “Bank of Baku”nun depozit portfeli (müştərilərin vəsaitləri) 17 milyon 498 min manat və ya 10,4% artaraq 186 milyon 226 min manata yüskəlib.
YIĞILMIŞ ZƏRƏR YIĞILMIŞ MƏNFƏƏT İLƏ ƏVƏZ OLUNUB
Devalvasiyalardan sonra “Bank of Baku”ehtimal olunan kredit itkilərinə görə ehtiyat yaratmağa başlamış, bu səbəbdən Bankın yığılmış zərəri yaranmışdı. Yığılmış zərər 2016-cı ilin sonunda 54 milyon 117 min manat ikən, 2018-ci ilədək 20 milyon 942 min manatadək düşmüşdü. 2019-cu ildə isə Bankın kredit itkilərinin daha sürətli bərpa olunması və xalis mənfəətin kəskin artması nəticəsində yığılmış zərər tamamilə bağlanmış və ilin sonundak Bankın 16 milyon 496 min manat bölüşdürülməmiş mənfəəti yığılıb.
İŞÇİLƏRİNİN SAYI ARTIB
Ötən il "Bank of Baku"nun işçilərinin sayı 62 nəfər artaraq 726 nəfərə çatıb.
BANKIN SAHİBLƏRİNDƏN BİRİ “AZPETROL”DUR
31 dekabr 2019-cu il tarixində “Bank of Baku” ASC-niun səhmdarları “NAB Holding” (35%), Hikmət İsmayılov (31.11), “Azpetrol Neft Şirkəti” MMC (28.89%) və Elçin İsayev (5%) olub.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
13 saat sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
12 saat əvvəl
Azərbaycan məhsulu Dünyanın nüfuzlu müsabiqəsində qızıl medala layiq görülüb
-
2 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
-
3 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
3 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
3 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 4 gün əvvəl
-
4 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 4 gün əvvəl
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

m10 yenilənir!
Ən çox oxunanlar

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
