970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan Biznesinin İnkişafı Fondu" bu il 223 milyon manat güzəştli kredit ayırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Biznesinin İnkişafı Fondu" bu il 223 milyon manat güzəştli kredit ayırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC təqribən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb.

Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Bundan başqa, o xatırladıb ki, sentyabrın 1-nə qədər Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviq sənədi verilib: "Həmin layihələr üzrə 9,3 milyard manat investisiya və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilə qədər uzadılıb".

Nazir müavini əlavə edib ki, bu istiqamətdə nəticələrin düzgün qiymətləndirilməsi vacibdir:

"Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılması bu mənada diqqətdə saxlanılmalıdır. Eyni yanaşma iri investisiya razılaşmalarına da aiddir".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

14.10.2026 11:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19