Manatı nə gözləyir?
İqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, gözlənilən hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq.
Q.İbadoğlu bu barədə Facebook sosial şəbəkəsində yazıb: "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı elan edilib.Verilən məlumatlara görə hazırda tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi üçün hazırlıq işləri gedir.
Bildiyiniz kimi, Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətlərinin ucuzlaşması səbəbindən tədiyə balansının cari hesablar hissəsində kəsirin yaranması manatın məzənnəsinə təzyiqi artırmış və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğramışdır. Sonuncu devalvasiya zamanı Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilmiş, üzən–tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılmışdır. Gedən müzakirələr onu göstərir ki, son 1 ildə tətbiq olunan üzən–tənzimlənən məzənnə rejimi lazımı səmərə vermədiyindən tam üzən məzənnə rejimə keçid istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilib, orta müddətli dövrdə isə tamamilə ləğv edilməsindən sonra təmin edəcəkdir. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı tam üzən məzənnə rejiminə keçidə hələ də hazır deyildir. Odur ki, böyük ehtimalla yaxın zamanlarda da manatın kursunun təyini üzən–tənzimlənən məzənnə rejimində davam edəcək. Belə olan halda da valyuta bazarına inzibati müdaxilə strategiyası davam edəcək və manata təzyiq başlayandan ( 2014-cü ilin noyabr ayından) indiyə qədər 11 milyard dolları “tonqalda yandıran” Mərkəzi Bank yenə də əvvəlki siyasətini davam etdirəcək".
İqtisadçı-alim qeyd edib ki, üzən məzənnə rejiminə keçidin şərtlərinə daxili maliyyə bazarının inkişafı, bazarda risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlərin (hedcinqin) həyata keçirilməsi və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim olunması daxildir:
"Bundan əlavə, bu məqsədlə banklararası bazarın fəaliyyətinin səmərəli qurulması da çox önəmlidir. Bütün bu məsələlər Yol xəritəsində nəzərdə tutulsa da onların yaxın zamanlarda reallaşdırılması gerçək görsənmir. Vəziyyəti dəyərləndirmək üçün ilk növbədə xarici ticarət əməliyyatlarına nəzər yetirək. Yol xəritəsində nəzərdə tutulur ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq. Əks təqdirdə valyutaya olan tələbatın yüksək olması manatın ABŞ dollarına nəzərən məzənnəsini də sürətlə dəyərsizləşdirə bilər. Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il tam üzən məzənnə rejiminə keçid üçün şərait bu illə müqayisədə daha əlverişli olub. Belə ki, bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb. Müqayisə olunan dövrdə ixracatın 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox azalması müqabilində, idxal əməliyyatları 479,4 milyon dollar və ya 6 faizə qədər azalıb. Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfəyədək üstələyib. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istehlak səbətində idxal məhsullarının payı azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu ilin 11 ayında qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz və ya 488 milyon dollar azalıb. Deməli, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin tam üzən məzənnə rejimi üzərində qurulacağı inandırıcı görsənmir. Çünki, hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər. Bəs belə olan halda hazrıkı situasiyada manatı nə gözləyir? Fikrimcə qarşıda 2 ssenarı durur.
1) Əgər hökümət tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da kəskin devalvasiya seriyasından 3-cü devalvasiyaya qərar verməlidir ki, sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin.
2) Əgər hökümət üzən tənzimlənən məzənnə siyasətini davam etdirəcəksə, onda manat gələn ildə də bu ildə olduğu kimi kiçik templə olsa da dəyər itirərək yenə zəifləyəcək. Bu halda Mərkəzi Bank toplanmış strateji valyuta ehtiyatlarını “tonqalda yandırmaqla”, Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq.
Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq. Hər iki varinatda yenə də hədəf manatın gerçək və tarazlaşdırılmış məzənnəyə yaxınlaşması olmalıdır ki, o da indiki səviyyədən xeyli yuxarıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
6 d. əvvəl
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
-
34 d. əvvəl
“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
-
- 38 d. əvvəl
- 41 d. əvvəl
-
55 d. əvvəl
"PAŞA Bank" tarixi səhm satışı ilə 51,3 milyon manat cəlb etməyi hədəfləyir
-
1 saat əvvəl
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN TƏKLİF QİYMƏTİ MƏLUM OLDU
-
1 saat əvvəl
"Reuters": İran və ABŞ-a plan təqdim olunub, razılaşma bu gün əldə edilməlidir
-
2 saat əvvəl
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
Azərbaycan Banklar Assosiasiyası Asiya qurumuna üzv olur
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
Ən çox oxunanlar
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görülüb
Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Rəsmi məzənnələr açıqlandı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın




















