Sahibkar üçün Azər Türk Bankda hesab açmaq niyə sərfəlidir
(®️) Dövlət bankı Azər Türk Bankla əməkdaşlığa başlayan təsərrüfat subyektləri əhəmiyyətli üstünlüklər əldə etmiş olurlar.
Belə ki, Azər Türk Bankın müştərisi olmaq istəyən hüquqi şəxslər, fərdi sahibkarların Banka gəlmədən, hesab açmaq üçün onlayn müraciət göndərmələri kifayətdir. Müraciət Bank tərəfindən qəbul edilir, müştəri ilə telefon əlaqəsi yaradılır və lazım olduğu təqdirdə Bankın əməkdaşı ünvana gəlir, əlaqədar işlər yerinə yetirilir.
Müraciət edən şəxslər heç bir ödəniş etmədən, fərqli valyutalarda müxtəlif növ hesablar açmaq imkanına malikdirlər. Bununla da həmin subyektlər öz əməkdaşları üçün maaş kartlarını, sayına məhdudiyyət qoyulmadan, Bankdan pulsuz əldə edirlər. Qeyd edək ki, Azər Türk Banka aid əməkhaqqı kartları ilə ölkə ərazisindəki bütün bankomatlardan vəsaitin komissiyasız nağdlaşdırılması mümkündür.
Şirkətin biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan Biznes kartları da Bank tərəfindən hədiyyə edilir.
Həmçinin özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan Sahibkar kartını Azər Türk Bank öz müştərilərinə ödənişsiz təklif edir.
Hesabların komissiyasız idarə edilməsi, eləcə də idarəetmə üçün fərdi menecerlərin təyin edilməsi də Bank tərəfindən müştərilərinə göstərilən diqqətin təzahürüdür.
Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət edən şəxslərə uğurlu başlanğıc və işlərin şəffaf, qanunun tələblərinə uyğun aparılması üçün İlkin vergi konsultasiyası və İlkin dövlət qeydiyyatı, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də təmənnasız olaraq təklif edir.
Bütün bunlarla bərabər Azər Türk Bankın müştərisi olan sahibkarlar bankın, digərlərindən fərqli olaraq bir çox üstünlüklərə malik “ATB Business” korporativ internet-bankçılıq sisteminə qoşulmaqla, dərhal 100 manat məbləğində bonus qazanmaq və xüsusi, güzəştli tariflərdən yararlanmaq imkanı əldə etmiş olurlar. Qeyd edək ki, ölkədə ilk dəfə Bank bu internet-bankçılıq xidməti çərçivəsində “Korporativ Cash-Back” loyallıq proqramını tətbiq etməklə, aparılmış əməliyyatlara görə tutulan komissiya haqqının bir hissəsini müştəriyə bonus ballar şəklində geri qaytarır. Toplanmış balların istənilən vaxt nağdlaşdırılması mümkündür.
Azər Türk Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
11 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
12 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
13 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib















.jpg)






