Tikinti şirkətləri hansı şərtlər təklif edirlər?
Daxili kreditin şərtlərində əhəmiyyətli dəyişiklər qeydə alınıb
2016-cı ilin sonunda Azərbaycan Beynəlxalq Bankının xətti ilə verilən 20 illik ipoteka dayandırıldıqdan sonra ilkin daşınmaz əmlak bazarında satış şərtlərinin sadələşdirilməsi müşahidə olunur. Buna misal olaraq, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Renessans Palace” premium klass yaşayış kompleksini göstərmək olar. Burada 2016-cı ilin noyabr ayında 20 illik ipoteka ilə yanaşı olaraq ilkin ödənişi 30% təşkil edən 2 illik daxili kredit də təklif olunurdu. Yanvar ayından etibarən 20 illik ipoteka dayandırıldıqdan sonra daxili kreditin müddəti 1 il artırılıb. Hal-hazırda kompleksdə ilkin ödənişi 30% təşkil edən 3 illik faizsiz daxili kredit təklif olunur.
Qeyd etmək yerinə düşər ki, satış şərtlərinin sadələşdirilməsi ilkin bazarda müşahidə olunan ümumi tendensiyadır. “AS Group Investment” Şirkətlər qrupu nəzdində Strateji araşdırmalar mərkəzi ilkin daşınmaz əmlak bazarında apardığı araşdırmaya əsaslanaraq bu qənaətə gəlib.
İLKİN ÖDƏNİŞ AZALDILIR, MÜDDƏT ARTIRILIR
Belə ki, noyabr ayında (20 illik ipoteka qüvvədə olduğu zaman) tikinti şirkətlərinin verdiyi daxili kreditin müddəti 24 aydan çox deyildi (bir tikinti şirkəti istisna olmaqla). Daxili kreditin ilkin ödənişi isə 30-50% arasında dəyişirdi. Mart ayında isə artıq əhəmiyyətli dəyişiklər qeydə alınıb. Tikinti şirkətlərinin təklif etdiyi daxili kreditin müddəti artıq 12-60 ay təşkil edir. İlkin ödənişin aşağı həddi isə 20%-dək azalıb. Tikinti şirkətlərinin təklif etdiyi kredit faizsiz olsa da, 100% ödənişlə kredit arasında qiymət fərqi var.
Strateji araşdırmalar mərkəzinin mütəxəssislərinin rəyinə əsasən hal-hazırda developerlərin uzunmüddətli kredit vermək imkanları məhduddur. Əgər tikinti şirkəti uzunmüddətli daxili kredit təklif edirsə, bu layihənin başa çatdırılmasını təhlükə altına qoya bilər. Bu fikir, üç əsas arqument üzərində qurulub:
1. Uzunmüddətli daxili kredit təklif edən şirkətlərin nağd pul təminatında problemləri var. Beləliklə, artıq mənzil almış insanların etibarını sarsıtmamaq və tikinti işlərini davam etdirmək üçün bəzən kredit 100% ödəniş qiymətinə verilir. Qısa müddətli perspektivdə pul axını təmin edilsə də, uzunmüddətli perspektivdə tikinti işlərinin davam edəcəyi sual altında olacaq. Biznesin Qızıl Qanununa əsasən, bu gün alınan məbləğ, sabah alınan eyni məbləğdən daha çoxdur. Bir sözlə zaman pulu dəyərsizləşdirir. Məhz buna görə, tikinti şirkətləri öz vəsaitlərini qısa müddət ərzində almaqda maraqlıdılar.
2. Orta və yüksək seqmentdən olan layihələrdə əsas xərc aparan tikinti materialları xaricdən idxal olunur. Dolların möhkəmlənməsi fonunda idxal olunan tikinti materialların qiyməti bahalaşacaq. Gəliri manatda, tikinti materiallarını isə xarici valyutada alan tikinti şirkətləri təzyiqə davam gətirməyib ya keyfiyyətə müdaxilə edəcək, ya da tikinti işlərini yarımçıq qoyacaq.
3. Tikinti materiallarının bahalaşması və pulun dəyərsizləşməsi təhlükəsi ilə üzləşən tikinti şirkətinin krediti xarici valyutadadırsa, onda bu şirkət üçqat təhlükə ilə üzləşəcək. Məzənnə dəyişikliyi gəliri manatda, borc öhdəllikləri xarici valyutada olan tikinti şirkəti üçün böyük təhlükədir. Kreditlər üzrə faiz ödənişləri risk dərəcəsini daha da artırır.
Beləliklə, uzunmüddətli kredit təklif edən və tikinti işləri bünövrədə olan layihələrin təhvil verilməsi böyük sual altındadır. Məhz buna görə, kreditlə tikintisi başa çatmaqda olan yaşayış komplekslərində mənzil almaq tövsiyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 2 gün sonra
-
1 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 saat sonra
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!




















