"Biz qalstukları Azərbaycanda satılan İtaliya qasltuklardan 2 dəfə aşağı qiymətə təklif edirik"

“Andrew’s Ties” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Yavər Məmmədovun qalstuklarla bağlı həyata keçirdiyi layihə danılmazdır.
O, qalstuklarla bağlı indiyədək satışa 6 kolleksiya təqdim edib (bir əlavə kolleksiya da var ki, satış üçün nəzərdə tutulmayıb və bu müsahibədə onun haqqında məlumat əldə edə biləcəksiniz): “Xalça”, “Kilim”, “Qarabağ”, “Xarıbülbül”, “Qobustan” və “Nar”.
Yavər bəyin hazırda yeni kolleksiya üzərində çalışdığı, üç gün əvvəl isə həmin layihəni bitirdiyi və mayın əvvəlində sözügedən kolleksiyanı təqdim edəcəyi barədə məlumat əldə etdik.
Bu məqsədlə onunla görüşməyə və bu haqda ətraflı məlumat toplamağa qərar verdik.
Yavər Məmmədovun müsahibəsini təqdim edirik:
- Qalstukların üzərində milli ornamentlərin təsvir olunması ideyası necə yarandı?
- Qalstukların üzərində olan standart naxışların əvəzinə, hansı formada naxışları təsvir etmək olar ki, bu, daha maraqlı və diqqətçəkən olsun? Bu sual məni həmişə düşündürüb.
Fikirləşdim ki, milli ornamentlərlə bəzədilmiş qalstuklar cəlbedici görünə bilər. İlk olaraq Qarabağ xalçaları ilə bağlı layihə etdik, uğurlu alındı. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul olundu.
Daha sonra bu istiqamətdə yeni işlər görməyə başladım. Qarabağı simvolizə edən digər elementlərdən ibarət qalstukları ərsəyə gətirdik. “Qarabağ” qalstukunun üzərində Ermənistan tərəfindən işğal olunmuş rayonların adları, Xarıbülbül gülü, tar, kaman, qaval, dəbilqə və Qarabağ atının təsvirləri həkk edilib. Bu qalstukun quyruq hissəsində Qarabağ xalçalarının ornamentləri yerləşdirilib.
Şuşanın, eləcə də bütövlükdə Qarabağın rəmzi hesab edilən Xarıbülbül gülünə isə ayrıca qalstuk həsr edilib. Hər iki qalstuk Qarabağ seriyasındandır, astar hissəsində ingilis dilində “Qarabağ, Azərbaycan” sözləri yazılıb.
Eyni zamanda, “Sənəm” adlı (Yavər Məmmədovun qızının adıdır) yaylıq kolleksiyasını təqdim etdik. Yaylıqların üzərində Xarıbülbül gülünün yeddi müxtəlif prizmadan illüstrasiyası əks edilib.
Qeyd edim ki, qalstukların qutusunun içərisində gözəl tərtibatda hazırlanmış informasiya kitabçası var, hansı ki, orada Qarabağ həqiqətləri ilə bağlı məlumatlar, torpaqlarımızın işğal tarixləri, BMT qətnamələri öz əksini tapıb.
Qərara gəldik ki, bu işi davam etdirək və növbəti layihə Qobustan qayaüstü təsvirləri ilə bağlı oldu. Bu da özünəməxsus formada insanların rəğbətini qazandı.
“Qobustan” layihəsindən sonra “Azərbaycan narı” adlı qalstuk kolleksiyası hazırladıq. Çünki nar ölkəmizin maddi-mədəni simvoludur, onun genetikası ilə əlaqədar müəyyən işlər gedir və ermənilər nara da iddialıdırlar.
Həmin qalstukun ensiz hissəsindən enli hissəsinə doğru narın tumurcuqlanması, çiçəkləməsi, meyvənin əmələ gəlməsi təsvir olunub.
- Qalstuklar və yaylıqlar hansı materialdan hazırlanır və harada istehsal olunur?
- İtaliyada istehsal olunur, yüksək keyfiyyətli ipəkdən hazırlanır.
- Gələcəkdə hansı kolleksiyaları təqdim etmək planınız var?
- İki gün əvvəl XIX əsr Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvana həsr olunmuş yaylıq kolleksiyasını hazırlayıb başa çatdırdıq. Kolleksiyanın adı “Banu”dur. Yaylığın mərkəz hissəsində X.Natəvanın təsviri, onun arxasında Qarabağ xalçasının, ətrafında Qarabağla bağlı səkkiz səhnənin (Xurşidbanu Natəvanla fransız yazçısı Aleksandr Dümanın görüşü, Şuşaya qaydış, muğam, rus generalı ilə Qarabağ xanının müqaviləsi, cıdır, çövkən oyunu, Novruz bayramı), 4 medalyon (medalyonlarda Qarabağı simvolizə edən təsvirlər yer alıb) və mərkəzdən kənara doğru dörd tərəfdə işğal olunan torpaqların adları əks olunub. Yaylıq qırmızı rəngdə hazırlanıb.
(Yaylıq üzərində həkk olunan X.Natəvanın obrazını Y.Məmmədovun qızı Sənəm Məmmədzadə canlandırıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin ikinci kursunda təhsil alır).
- Qalstuklar və xanımlar üçün hazırlanan yaylıqlar alcılara hansı qiymətə təklif olunur?
- Biz qalstukları müştərilərə Azərbaycanda satılan İtaliya istehsallı qasltuklardan iki dəfə aşağı qiymətə təklif edirik. Hansı ki, həmin qalstuklar 150-180 manatdan yuxarı satılır, bizdə isə alıcılara 85 manata təklif olunur. Eksklüziv qalstuklarımızın qiyməti 150 manatdır. Yaylıqların qiyməti isə 150-200 manat təşkil edir.
- İndiyədək ən maraqlı müştəriniz kim olub?
- Bir dəfə bir müştəri butikimizə daxil olaraq “Sizdə dövlət qulluğuna qalstuk var?” deyərək müraciət etdi. Yəqin ki, o, dövlət qulluğuna yenicə işə qəbul olunmuş və iş yerinə uyğun qalstuk axtarırdı (gülümsəyir). Həmin şəxslər, adətən tünd göy, qara, yaxud boz rəngdə qalstuklardan istifadə edirlər.
- Satış üçün deyil, yalnız hədiyyə etmək üçün ərsəyə gətirdiyiniz kolleksiyalarınız varmı?
- Bəli. Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunan qalstuk kolleksiyası hazırlamışıq. Xüsusi modifikasiya olunmuş mavi rəngdə və qızıl saplarla prezidentin imzasının təsviri həkk olunan sadə kolleksiyadır. Kolleksiya 2015-ci ildə ərsəyə gətirilib. Astar hissədə əzəmət rəmzi olaraq qızılı rəngdə palıd yarpaqlarının təsviri həkk olunub. Qalstukun uc hissəsindən yuxarıya doğru 35 sm məsafədə prezidentin imzasının təsviri yerləşdirilib. Onu boyuna bağladıqda həmin hissə ürəyin üstünə düşür. Bu, satış üçün nəzərdə tutulmayıb, yalnız hədiyyə olunur.
© Oxu.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətilərilə notbuk, tekstil traktor və karton istehsalı üzrə anlaşdı
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tekstil və tekstil avadanlıqları üzrə yeni standartlar qəbul ediləcək
-
5 saat əvvəl
Lizinq şirkəti illik 18%-lə 1 milyon manat borc alır - TƏMİNAT DA VERİLMİR
-
5 saat əvvəl
2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər yeni qaydada tənzimlənəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Alibaba” Azərbaycana investisiya yatıra, birgə istehsal yarada bilər
- 6 saat əvvəl
-
6 saat əvvəl
Məişət istehlakçıları üçün istilik enerjisi sayğacları pulsuz quraşdırılacaq
Son Xəbərlər

Azərbaycan Çin şirkətilərilə notbuk, tekstil traktor və karton istehsalı üzrə anlaşdı

"Ziraat Bank Azərbaycan" 11-ci filialını açdı - ÜNVAN

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər yeni qaydada tənzimlənəcək

"İstilik tarifləri aşağıdır" - “Azəristiliktəchizat”
Ən çox oxunanlar

Azərbaycan-Çin Birgə Universiteti yaradıla bilər

"PAŞA İnşaat"ın nizamnamə kapitalı azaldılır

"Bu ilin 3 ayı ərzində əmtəə dövriyyəmiz 40 faizə yaxın artıb"

"Bank sektorunda kifayət qədər böyük ədalətsizlik var idi"
