"Xəsis əmi" 40 milyard dolları necə topladı?

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
IKEA-nın banisi İngvar Kamprad-ın qərib qənaət vərdişləri milyarderlər dünyasında çox da qəribə qarşılanmır
"Lotereyadan 100 milyon dollar çıxsa nə edərdiniz?” sualına dünyanın hər yerində verilən cavablar təxminən eynidir: Dörd-beş ev, avtomobillər, dənizi sevirsinizsə bir limanda gəmi...
Milyarderlərin pulla etdikləri isə daha fərqlidir. Xüsusilə də, pul mirasla deyil, alın tərilə qazanılmışdırsa.
Milyader Uorren Buffettın 1958-ci ildən bəri 38 min 500 dollara aldığı eyni evdə yaşadığını, illərdir eyni pul kisəsindən, eyni saatdan istifadə etdiyi bilinir. Bir başqa milyarder isə 21-ci Əsrin "Xəsis Əmisi" adını almağa namizəddir.
21-ci ƏSRİN "XƏSİS ƏMİSİ"
Labirintə bənzər mağazalarına daxil olanda hər guşəsini gəzdirmədən sizi çölə çıxarmayan IKEA-nın sahibi Ingvar Kamprad-dan danışırıq.
Bu ilin ilk rübününü sonuna olan məlumata görə, Kampard, "Bloomberg Billionaires Index" hesablamasında 41,6 milyard dollar sərvətilə dünyanın ən varalı 13-cü adamıdır. Yəni lotereya nümunəsindən 416 dəfə daha varlıdır.
“Marja” xəbər verir ki, Kamparda "Xəsis əmi" adının verilməsinin səbəbi isə aşağıdakılardır:
1) 5 YAŞINDAN BƏRİ TİCARƏTLƏ MƏŞĞULDUR
30 Martda 91 yaşını qeyd edən isveçli milyarder 5 yaşında qonşularına kibrit çöpü satmağa başlayandan bəri ticarətin içindədir.
1943-ci ildə hələ 17 yaşında olanda dərslərini yaxşı oxuduğu üçün atasından bir miqdar pul hədiyyəsi alır və o gün IKEA-nın əsaını qoyur.
Yeri gəlmişkən IKEA adının İ-si Ingvar, K-sı Kampard, E-si ailə ferması Elmtaryd və A-sı kəndi Agunnaryd-dan götürülüb. Yəni, ailəsinə və məmləkətinə olduqca bağlıdır.
2) İSVEÇ VƏTƏN, DAHA UCUZ OLAN YER MƏSKƏN
IKEA-nın bu gün dünyada 340 mağazası var. Şəhər mərkəzindən uzaq, daha ucuz yerlərdə mağaza açan IKEA 2016-cı ilin 8 ayında 39 milyard dollar dövriyyəyə çatmışdı.
Kampard-ın qənaət meyli şirkətin ilk illərində özünü göstərib və 5-ci ilində İsveçdəki mebel istehsalçıları ucuz alış qiymətlərinə etiraz edərkən, o, istehsal zavodunu ucuz işçi qüvvəsinin olduğu Polşaya köçürür.
Kamparda "Xəsis əmi" deyilməsinin səbəb isə qətiyyən şirkət strategiyaları ilə bağlı deyil.
Kampard, şirkətinin adına da əks etdirdiyi vətən eşqinə baxmayaraq, daha az vergi vermək üçün 5 il əvvələ qədər İsveçrədə yaşayıb; Daha ucuz satmaq üçün 40 ilini vətənindən uzaqda keçirib.
3) ƏN UCUZ YEMƏKLƏRİ YEYİR
İqtisadçılar, dib və zirvə "siqnalları" axtararkən tez-tez lüks restoran hesablarına baxırlar. Dövriyyələr, restoranda ödənilən hesablar, səfərlər azalırsa, bu, iqtisadi inkişafın düşəcəyinin siqnalıdır və ya əks proseslər başlayırsa toparlanmanın (inkişafın başladığının) göstəricisidir; Ticarətçilərin iş görmək iştahaları artanda bahalı yemək hesablarını ödəməkdən qaçmırlar.
41,6 milyard dollarlıq sərvəti olan Kampard isə yeməyi IKEA-nın ucuz qiymətləri ilə ad çıxarmış restoranlarında yeyir. Restorandakı kiçik duz və istiot paketlərini də evinə aparır.
4) UCUZ REYSLƏR İLƏ UÇUR
Microsoft-un sahibi Bill Qeytsdən "birinci sinif" kabinədə uçub-uşmadığını soruşanda, "Yox, öz təyyarəm var" cavabını vermişdi. Kampard isə ucuz hava yolu şirkətlərini seçir və "ekonom sinif"də əyləşir.
5) 93-CÜ İLDƏ İSTEHSAL EDİLMİŞ AVTOMOBİL İSTİFADƏ EDİR
75,2 milyard dollar sərvətilə dünyanın 3-cü ən varlı adamı olan Buffett 1958-ci ildən bəri eyni evdə yaşayarkən, Kampard, verginin daha aşağı olduğu İsveçrəyə köçərək bir addım önə keçmişdir.
"Xəsis əmi", 1993-cü ildə istehsal olunmuş Volvo 240 avtomobilini istifadə edərək, burada da Buffettı keçir. Buffett sonuncu dəfə 2014-cü ildə Cadillac XTS avtomobilini satın almışdı, əvvəlki avtomobili Cadillac DTS modelini isə 122 min 500 dollara satmışdı.
6) ÖZ MEBELİNİ ÖZÜ QURUR
Mebel satıcıları mebelin yığılması üçün xeyli usta pulu tələb edirlər. Kampard isə 5 il əvvəl vətəninə geri qayıdanda öz şirkətindən aldığı mebelləri yenə özü yığaraq kimsəyə pul ödəməyib.
BƏS NİYƏ?
Kampardın həyatından mətbuata məlum olan vərdişləri bunlardır. 2011-ci ildə "The New York" qəzeti 40 milyard dolları aşan sərvətinə baxmayaraq niyə pul xərcləmədiyini özündən soruşanda isə belə demişdi:
"Lüks otellərdə qalmamağımın yeganə səbəbi vəsait deyil. Dəbdəbəli avtomobillər, təsiredici ünvanlar, uniformalar və ya digər status simvollarına ehtiyacımız yoxdur. Öz gücümüzə və istəyimizə güvənirik".
Müxtəlif sektorlardan çıxan milyarderlərin bir çoxu "Xəsis əmi"yə oxşayır (qənaət edirlər). Əksər milyaderlərin digər ortaq xüsusiyyəti isə sərvətlərini sıfırdan əldə etmiş olmalarıdır.
2016-da Forbes siyahısındakı 400 milyarderin 266-sı da sıfırdan başlayanlardan ibarətdir.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
© Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 saat əvvəl
-
17 saat əvvəl
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
-
19 saat əvvəl
Son bir gündə vətəndaşların bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
-
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu
-
1 gün əvvəl
Neft Fondu dövlət büdcəsinə 3 milyard 620,3 milyon manat transfert edib
-
1 gün əvvəl
122, 160A, 193, 195 və 503 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarılıb
-
1 gün əvvəl
Azərbaycanın icmal büdcəsində 1 milyard 683 milyon manat profisit yaranıb
-
1 gün əvvəl
1 aprel tarixinə Azərbaycanın 5 milyard dollardan çox xarici dövlət borcu olub
-
1 gün əvvəl
Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolu tikilir - 40 MİLYON MANAT AYRILIB
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu

Dövlət büdcələrinin icrasına dair operativ məlumat

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”

Uber, Trendyol Go-nu satın almaq üçün danışıqlar aparır

Bankların adından Azərbaycan Prezidentinə müraciət ünvanlanıb

“Norm” şirkətində yığıncaq keçiriləcək

Quşçuluq şirkətinin direktoru vəzifədən azad ediləcək və yeni direktor təyin ediləcək
.jpg)