Şirkətlər Qrupunun Yaşıl Ticarət Mərkəzi istifadəyə verildi
İsmayıllı şəhərində “İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin nəzdində Yaşıl Ticarət Mərkəzi fəaliyyətə başlayıb.
Ticarət mərkəzi 5 hektar ərazini əhatə edir. Ərazinin 3 hektarı kənd təsərrüfatı və sənaye mallarının satış bazarından ibarətdir. Burada, habelə tikinti materiallarının satış bazarı, avtomobillər üçün 2 dayanacaq, namaz otağı, 22 yerlik otel, 3 yeməkxana və ilkin tibbi xidmət otağı da var.
Sentyabrın 6-da İsmayıllıda Yaşıl Ticarət Mərkəzinin açılış mərasimi keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkəmizin davamlı iqtisadi inkişafından söz açıb, yeni ticarət mərkəzində əhaliyə xidmətin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, ticarət mərkəzinin daim qonaq-qaralı olan İsmayıllıda küçə ticarətinin yığışmasına təsir göstərəcəyini qeyd edib.
Mərasimdə çıxış edən “İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti Zenfira Quliyeva Yaşıl Ticarət Mərkəzinin əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün yaradıldığını bildirib.
Zenfira Quliyeva ticarət mərkəzində xidmətin yüksək səviyyədə təşkili edildiyini, insanların rahatlığı üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıraraq vurğulayıb ki, yaşlı və xəstə insanlar mərkəzdə elektron xidmətdən yararlana biləcəklər. Belə ki, sifariş verdikləri məhsullar onlara evlərində çatdırılacaq, daşınma pulsuz həyata keçiriləcək. Ayrılan 3 avtobus vasitəsilə şəhərin müxtəlif istiqamətlərindən ticarət mərkəzinə gəliş-gediş pulsuz həyata keçiriləcək. Bazar günləri müxtəlif istiqamətlərdən kənd sakinləri də bu cür xidmətlərdən yararlana biləcəklər.
MMC-nin vitse-prezidenti bildirib ki, hazırda ticarət mərkəzində 400-dən çox işçi çalışır. Yaxın günlərdə daha 60 nəfərin də işə götürülməsi gözlənilir. Burada vətəndaşlara, eləcə də sahibkarlara kənd təsərrüfatı və tikinti sahələrində ucuz və keyfiyyətli xidmət üçün müxtəlif adda xeyli texnika cəmlənib. İlin bütün fəsillərində sifarişlər qəbul edilir.
Qeyd edək ki, Yaşıl Ticarət Mərkəzində kənd təsərrüfatı məhsulları digər ticarət obyektlərindən ucuz satılır. İdarəetmədə satış qiymətlərinə, habelə sanitar-gigiyenik qaydalara ciddi nəzarət mexanizmi qurulub. Ət kəsmi sexləri və məhsulların saxlanılması qida təhlükəsizliyi qaydalarına tam uyğundur. Hazırda 70 tonluq soyuducu istifadədədir. Əlavə olaraq 2 min tonluq soyuducunun da qurulması nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























