Elektron lotereyaya start verildi - Avtomobil qazan!
(®) Sentyabrın 1-dən PAŞA Bank öz əməkhaqqı kart sahibləri üçün Azərbaycanda ilk elektron lotereyanın keçirilməsinə start verir.
“PAŞA Bank kartı ilə ödə, avtomobil qazan!” adlı loterey nağdsız ödənişlərin həcminin artırılması məqsədi ilə həyata keçirilir. PAŞA Bank əməkhaqqı kart sahibləri hər 10 AZN və ekvivalentində digər valyutada həyata keçirdikləri nağdsız ödənişlər müqabilində lotereyada 1 iştirak şansını əldə edə biləcəklər.
Lotereyanın uduş fondunun oynanılması 4 tirajla həyata keçiriləcək və hər tirajda 15 nəfər təsadüfi seçim yolu ilə qalib elan ediləcək. Qaliblər səyahət kuponları və digər qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Sonuncu tirajda isə bütün lotereya müddətində qazanılmış şanslar arasından təsadüfi seçim yolu ilə seçiləcək bir nəfər qalibə “SKODA SUPERB” avtomobili hədiyyə olunacaq.
Lotereyada qeydiyyatdan keçmək üçün əsas şərtlərdən biri kart sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunun və əməkhaqqı kartının son 4 rəqəminin SMS vasitəsilə 9123 qısa nömrəsinə göndərilməsidir.
Lotereya 31 dekabr 2019-cu il tarixinədək davam edəcək. Lotereya şərtləri ilə aşağıdakı keçidə istinad edərək daha ətraflı tanış ola bilərsiniz: https://lottery.pashabank.az
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.azünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
2 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
4 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
5 saat əvvəl
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
5 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
-
5 saat əvvəl
Azərbaycan qazı üçün yeni Avropa bazarı – Slovakiya ilə danışıqlar davam edir
-
5 saat əvvəl
KPMG Azərbaycanın nəqliyyat sektorundakı layihələrə dair təkliflər təqdim edəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
Ən çox oxunanlar
8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır



























