Tramp: Ruhani ilə görüşə bilərəm

ABŞ Prezidenti Donald Tramp, G7 Sammitində çıxışında "Yaponiyaya avtomobil vergisi tətbiq etməyi hazırda qiymətləndirmirəm" - deyib.
"Marja" xəbər verir ki, Tramp çıxışında, "Çin ilə ancaq ABŞ üçün ədalətli olması halında bir müqavilə bağlaya bilərəm və güman edirəm ki, Çinlə razılığa gələcəyik. Son 48 saat ərzində bir çox telefon danışığı apardım. Məncə, İran müqavilə bağlamaq istəyir. Bundan başqa, Avropa Birliyi ilə ticarət müqaviləsi bağlamağa çox yaxınıq. Sorğulara baxsaq seçkidə qalib gələcəyimi düşünürəm. Rusiyanın bayırda deyil, "çadırın" altında olması daha yaxşıdır. Rusiya otaqda olsaydı çox problem çözülə bilərdi" ifadələrini istifadə edib.
ABŞ Prezidenti Donald Tramp, İran Prezidenti Həsən Ruhani ilə görüşmək ehtimalına dair, "Şərtlər doğru olarsa təbii ki, qəbul edərəm",- deyib.
Fransanın Biarritz şəhərində keçirilən G7 Zirvə Görüşündən sonra Fransa Prezidenti Emanuel Makron ilə birgə mətbuat konfransı keçirən Tramp, zirvə görüşü "həqiqətən uğurlu" şəklində səciyyələndirib.
Tramp, Fransanın İran ilə ABŞ arasında vasitəçilik təşəbbüslərinə dair suala, "İran bir nömrəli terror ölkəsidir. Vəzifəyə gələndə 18 toqquşma sahəsi vardı, hər biri İran tərəfindən dəstəklənirdi. İranın böyük potensialı var. Rejim dəyişikliyini, lider dəyişikliyini hədəf seçmirik. Nüvə silahına, balistik raketə malik olmasınlar və müqavilənin müddəti daha uzun olsun istəyirik", - cavabını verib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Tramp, "İranla bağlı yaxşı hisslərim var, bir çox iranlı dostum var, inanılmaz insanlardır" deyərək, "Görmək istədiyim son şey, böyük bir problemdir, ancaq etməyimiz lazım olan şeyi etmək lazımdır",- əlavə edib.
ABŞ Prezidenti Trump, İranın "pis davranışlarını davam etdirməsi halında" isə "şiddətli güclə" üzləşəcəyi xəbərdarlığını da edib.
Növbəti G7 Zirvəsi
Gələn il ABŞ-da keçiriləcək G7 Sammitilə bağlı suala, zirvəni Miamidə özünə aid Doral Qolf Müəssisəsində keçirməyi planlaşdırdığını təsdiq edən Tramp, "bundan pul qazanmağı planlaşdırdığı" iddiasını isə rədd edib.
Tramp, ABŞ Prezidenti olmağın onu 3 ilə 5 milyard dollar arasında ziyana saldığını qeyd edərək, sonrakı G7 Sammitilə bağlı "Pul qazanmaq istəmirəm. Elə olsa 3 ilə 5 milyard dollar itirməzdim",- deyib.
"Rusyanı "çadıra" qəbul etmək, çöldə qalmasından daha yaxşıdır"
Rusyanın "yenidən G7 Sammitinə dəvət edilib edilməyəcəyi bağlı suala Tramp,"Məncə, Rusiyanı "çadıra" qəbul etmək, çöldə saxlamaqdan daha yaxşıdır",- cavabını verib.
Tramp, Rusiyanın G7-dən xaric olunması qərarının Krımın ilhaqı ilə qəbul olunduğunu xatırladaraq, "Krım, Obama dövründə ilhaq edildi. Dayandıra bilərdi, amma Obama dayandırmadı",- deyib.
Rusiya Prezidenti Vladimir Putinin, "Ukrayna" məsələsində keçmiş ABŞ Prezidenti Barak Obamadan "daha ağıllı olduğunu" iddia edən Tramp, Obamanın da bu səbəbdən Rusiyanı G7-dən çıxarmaq qərarı qərarı verdiyini bildirib.
"Avropa Birliyi ilə saziş bağlamaq çətindir"
Tramp, ABŞ-ın Avropa Birliyi ilə münasibətlərilə dair suala isə "Avropa Birliyi ilə saziş bağlamaq çətindir. Theresa May-ə sual verməyiniz kifayətdir", - cavabını verib. Tramp, bununla yanaşı ABŞ ilə AB arasında bir ticarət müqaviləsinin tamamlanmasına yaxınlaşıldığını dilə gətirib.
"Çin razılığa gəlmək istəyir"
Çinli yüksək səviyyəli rəsmilərin, ABŞ ilə ticarət müharibəsi məsələsində razılığa gəlməyi istədiyini və amerikalı rəsmilərlə təmasa keçdiklərini bildirən Tramp, "Ancaq, ədalətli və ABŞ üçün yaxşı bir müqavilədirsə qəbul edəcəm, əks təqdirdə müqavilə bağlamayacam", - ifadəsini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 gün əvvəl
Bank Respublika rəhbərliyi və əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
-
2 gün əvvəl
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
-
2 gün əvvəl
Birja Bank "BTB" istiqrazıları barədə qərar verdi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
-
2 gün əvvəl
Nazir Mikayıl Cabbarov ərəb ölkəsinin iqtisadiyyat naziri ilə görüş keçirib
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
- 2 gün əvvəl
- 2 gün əvvəl

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

Prezident koordinator təyin etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Regional kollecdə yeni təyinatlar olub

“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı keçirilib

BOKT "International” istiqrazlarınının ticarət nəticələri tələblərə cavab vermədiyindən listinqə alınmadı

Milli Depozit Mərkəzi ilə UNEC arasında memorandum imzalanıb

Rusiya Mərkəzi Bankı pauza mövqeyində qalır
