Moskvada "Azərbaycan nemətləri" mağazasının rəsmi açlışı olub
Rusiyanın paytaxtı Moskva şəhərində “Azərbaycan nemətləri” mağazasının açılışı olub.
Tədbir “DEPO” qastromarketinin ərazisində Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi və AZPROMO-nun dəstəyi ilə baş tutub.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev açılış mərasimində çıxışı zamanı bunun Azərbaycan Ticarət Evinə doğru atılan ilk addım olduğunu bildirib: "Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi ixracatın stimullaşdırılması məqsədilə Azərbaycan məhsullarının Rusiya bazarlarında yayılması sisteminin formalaşdırılmasına başlayıb. Bu sistem Azərbaycan məhsullarının Rusiyaya ixracatı üzrə ixtisaslaşdırılmış şirkəti, “Azərbaycan nemətləri” mağazalar şəbəkəsini və ölkəmizin ixrac, sərmayə və turizm potensialı barədə daimi fəaliyyətdə olan sərgini özündə birləşdirəcək. “Azərbaycan nemətləri” mağazaları yerli sahibkarları cəlb etməklə fəaliyyət göstərəcək, Azərbaycan Ticarət Evi isə mağazaların genişçeşidli Azərbaycan məhsulları ilə təmin edilməsinə yardımçı olacaq". Onun sözlərinə görə, ilk addım kimi, martın 9-da “DEPO” qastromarketinin ərazisində - Moskva şəhərinin Lesnaya küçəsində “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başladı: "Mağazada 15 istehsalçının 200 çeşiddən artıq məhsulu təqdim olunur”.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan ticarət evlərinin artıq bir neçə ölkədə fəaliyyət göstərdiyini bildirib: “Azərbaycan ticarət evlərinin birincisi, ilk olaraq, Rusiyada - Həştərxan vilayətində açılıb. Bu layihə Azərbaycan sahibkarlarının Rusiya bazarına çıxmasına yardım edir. Lahiyəni genişləndirmək, tək Moskvanı deyil, bütün Rusiyanı əhatə etmək istəyirik”.
Qeyd edək ki, “Azərbaycan nemətləri” mağazasının yerləşdiyi “DEPO” qastromarketinin ərazisi layihəsi çərçivəsində 1903-cü ildə tikilmiş və mədəni irs siyahısına daxil olan Miyus tramvay-trolleybus parkının binası yenidən qurulub. Kvartal 11 min kvadratmetr sahəni əhatə edir. Burada 140 mağazadan ibarət “Depo-Moskva” və 60-dan çox restoran yerləşir. Bu ilin mart-aprel aylarında bütün obyektlər müştərilərin üzünə açılacaq. Layihə müəllifləri hər gün kvartala, ümumilikdə, 20 minədək adamın gələcəyinə ümid bəsləyirlər.
Yeni açılan qastronomik kvartalda “Azərbaycan nemətləri” mağazası və Azərbaycan mətbəxindən ibarət restoran da olacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
6 saat əvvəl
“LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verilib - Qeydiyyatdan keçməyə tələsin!
- 7 saat əvvəl
-
9 saat əvvəl
31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - SƏNƏD İMZALANDI
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Rəqəmsal Maliyyə Mərkəzi" MMC yaradılıb - Məlumat-Hesablama Mərkəzi bu adla fəaliyyət göstərəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - SƏNƏD İMZALANDI
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Rəqəmsal Maliyyə Mərkəzi" MMC yaradılıb - Məlumat-Hesablama Mərkəzi bu adla fəaliyyət göstərəcək
Azercell-dən qış kampaniyası!
Azərbaycan Mərkəzi Bankının sədri Çin Xalq Bankının sədrilə görüşüb
Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edildi
Naxçıvanda nazir vəzifəsindən azad olundu
Vətəndaşdan məktub var: Boş şeydi deyib, keçməyin!
















.jpg)



.jpg)

